/ / Baş nazirin müavini İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim olunub
Baş nazirin müavini İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim olunub
12.02.2016 [10:03]
Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov fevralın 11-də ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
Görüşdə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərdən danışıb. O, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar haqqında məlumat verib. Bildirilib ki, son 12 ildə Azərbaycanda 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Baş nazirin müavini həmin dövrdə Azərbaycanda ən müasir standartlara uyğun 3 min məktəbin, 600 xəstəxananın, 41 Olimpiya İdman Kompleksinin tikildiyini söyləyib. Eyni zamanda, ölkəmizdə müasir sosial infrastruktura malik 89 köçkün qəsəbəsinin yaradıldığı və 225 min insanın yeni evlərə köçürüldüyü qonağın diqqətinə çatdırılıb.
Azərbaycanın münbit investisiya mühitindən danışan İsmət Abasov bildirib ki, ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 milyard dollar sərmayə qoyulub. Bunun 100 milyard dolları xarici sərmayədir. Diqqətə çatdırılıb ki, son 12 ildə ölkəmizdə 70 mindən çox müəssisə yaradılıb, sahibkarlara 1.7 milyard manat güzəştli kredit verilib. Azərbaycanda müasir turizm infrastrukturunun formalaşdırılmasından söz açan Baş nazirin müavini ölkəmizdə 300-ə yaxın mehmanxana və dünya səviyyəli kurortlar yaradıldığını, 10 min kilometrdən çox avtomobil yolunun tikildiyini və əsaslı təmir olunduğunu, müasir körpülərin və yol qovşaqlarının inşa edildiyini vurğulayıb.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söhbət açıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon işğal olunub, bu ərazilərdəki milli mədəni sərvətlərimiz talan edilib.
Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutora Azərbaycanda səfir işlədiyi dövrdə ölkəmizin sürətli inkişafının şahidi olduğunu, bu prosesi daim izlədiyini söyləyib. Qonaq ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları barədə danışıb. O, həmçinin Macarıstanın kənd təsərrüfatı üzrə ixtisaslaşmış Kapoşvar Universitetinin Azərbaycanda filialının açılması məsələsinə də toxunub. Qonaq qeyd edib ki, bu təşəbbüsü 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı irəli sürüb. Jolt Çutora bildirib ki, bu təşəbbüsün reallaşması ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin genişlənməsinə imkan yaradacaq. Qonaq, eyni zamanda, Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

