Çilili jurnalist: Dünya heç vaxt Xocalı adlı şəhəri unutmamalıdır
17.02.2016 [09:57]
Tanınmış çilili jurnalist Markos Borkoskinin “Cambio21” xəbərlər portalında “24 il əvvəl Azərbaycanda törədilmiş qətliam. Dünya heç vaxt Xocalı adlı şəhəri unutmamalıdır” sərlövhəli yeni məqaləsi yayılıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Çilidəki diplomatik missiyasından məlumat verilib.
Məqalədə müəllif diplomatik missiyanın müvəqqəti işlər vəkili Orxan Hacıyevlə apardığı söhbət nəticəsində Azərbaycanın Xocalı şəhərində dinc və günahsız əhaliyə qarşı qətliamın törədilməsi haqqında ötən həftəki yazısına istinad edərək, çoxsaylı oxucu müraciətinə əsasən soyqırımı haqqında əlavə məlumatın əldə edilməsi məqsədilə yeni araşdırmalar aparılmasına qərar verdiyini bildirir. Qeyd edir ki, hazırda Çilidə yay fəslidir və bir çox insanların oxumaq imkanı daha genişdir. Jurnalistin vəzifəsi baş verən hadisə haqqında dünya ictimaiyyətinə məlumat verməklə yanaşı, bu kimi qətliamların gələcəkdə baş verməməsi üçün öz töhfəsini verməkdən ibarətdir. İnsanlar öz səhvlərindən nəticə çıxarmırlar, əks təqdirdə, Xocalıda bu dəhşətli hadisə yaşanmazdı.
M.Borkoski 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 dinc sakinin qətlə yetirildiyini bir daha diqqətə çatdırır.
“Qətliam pislənməlidir. Əgər onun qurbanları qadınlar və uşaqlardırsa ikiqat pislənməlidir və həmin qətl hadisələri işgəncə və digər vəhşiliklərlə müşahidə olunursa ondan daha çox pislənməlidir. İnternetdə uşaqların, hələ körpə uşaqların bədənlərinin şəkillərini gördüm və sizə səmimi söyləyim ki, onlara baxa bilmədən və üzümü kənara çevirdim”, - deyə jurnalist qeyd edir.
Məqalədə diqqətə çatdırılır ki, dünyanın bir çox ölkələrinin qanunvericilik orqanları Xocalıda baş verənləri pisləyən qətnamələr qəbul ediblər.
Məqalədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımı ilə əlaqədar söylədiyi “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” fikirlərə də yer ayırıb.
Yazıda bildirilir: “Xocalı sakinlərinə qarşı edilən hücumun səbəbi nə olursa olsun, onların heç birinə bəraət qazandırmaq olmaz. Yüzlərlə insanın, onların arasında yaşlılar, qadınlar və uşaqların qətlə yetirilməsinə heç vaxt bəraət qazandırıla bilməz. Dünyanın bu tayında, Çilidə hazırda yay mövsümünün bitməsinə son bir neçə həftə qalır. Bir çoxları yenidən öz müntəzəm iş yerlərinə, uşaqlar isə məktəblərə qayıdacaqlar. Hazırda bu məqaləni oxuyanlar biləcək və yadda saxlayacaqlar ki, dünyanın o tayında, çox uzaqda, 63 azərbaycanlı uşaq qətlə yetirilib və onlar heç vaxt öz məktəblərinə qayıda bilməyəcək. Bəli, bu yaddaş acıdır, amma bütün dünya bunu unutmamalıdır”, - deyə müəllif oxucuların diqqətinə çatdırır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59

