“Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla həyata keçirilir
23.02.2016 [09:46]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq tanıtma və təşviqat kampaniyası Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə böyük töhfə verir
Tarixin ən qanlı terror soyqırımlarından biri olan Xocalı faciəsindən 24 il ötür. 1992-ci ildə baş vermiş Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu Xocalı soyqırımının dünyaya tanıdılmasında, bir sıra beynəlxalq təşkilatların, Avropanın aparıcı dövlətlərinin bu soyqırımına siyasi qiymət verməsində mühüm rol oynayıb. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdəki səfirliklərimiz, mədəniyyət mərkəzlərinin keçirdiyi tədbirlər bu bəşəri cinayətin dünya ictimaiyyətinə tanıdılmasında böyük əhəmiyyətə malikdir. Eləcə də aparıcı ölkələrin paytaxtlarında reallaşdırılan tədbirlərdə Ermənistan ordusunun dinc insanlara qarşı törətdiyi vəhşiliklər haqqında ətraflı məlumat verilir.
Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ərazilərimizin işğalı, həmçinin ermənilərin törətdikləri vəhşiliklərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun da fəaliyyəti misilsizdir. Fond Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində mühüm addımlar atır, təbliğat kampaniyası reallaşdırır. Bu mənada Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Məhz Leyla Əliyeva Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir və erməni silahlı birləşmələrinin ölkəmizin ərazisində həyata keçirdikləri soyqırımı siyasətinə dair faktları beynəlxalq birliyə təqdim edir. 2008-ci ildən başlanan “Xocalıya ədalət!” kampaniyası mühüm uğurları ilə yadda qalıb.
Xatırladaq ki, üzv ölkələrin sayına görə dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Uqandanın paytaxtı Kampalada keçirilmiş iclasında Leyla Əliyevanın “Xocalıya ədalət!” adlı təşəbbüsü təsdiq edilib. İƏT xarici işlər nazirlərinin 35-ci iclasında bununla əlaqədar xüsusi qətnamə qəbul edilib. 57 ölkənin xarici işlər nazirləri tərəfindən qətnaməyə dəstək verilməsi nəticəsində bu qətnamənin yerinə yetirilməsi üçün zəruri siyasi və hüquqi zəmin yaradılıb. Qətnaməyə əsasən İƏT-ə üzv ölkələrdə humanitar faciələrin qurbanlarının xatirə günü təsis edilib.
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində ilk tədbir Xocalı faciəsi ilə bağlı uşaqlar tərəfindən çəkilmiş fotoşəkillərdən ibarət sərgi və İstanbulda, Taksim metro stansiyasında xarici ölkə gənclərinin faciə ilə bağlı fotolarından ibarət sərgilərlə başlanılıb. Daha sonra İƏT-in Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin mayında Suriyanın Dəməşq şəhərində keçirilmiş 36-cı iclasında nazirlər Gənclər Forumu tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasını tam dəstəkləyiblər, kampaniya ilə bağlı qeydlər yekun qətnaməyə daxil edilib və təşkilata üzv dövlətlərə kampaniyada fəal iştirak etmələri tövsiyə olunub. 2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasını dəstəkləyən bəyanat qəbul edib. İƏT-in Parlament Şurasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş 13-cü iclasında qəbul olunmuş Abu-Dabi bəyannaməsi vasitəsilə Xocalı faciəsinin insanlıq əleyhinə cinayət kimi tanınması ilə bağlı üzv ölkələrə müraciət edilib. Qəbul edilmiş qətnamənin 3-cü bəndində qeyd edilib ki, İƏT-ə üzv ölkələrin parlamentləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlıq əleyhinə cinayət kimi tanıyır. Həmçinin üzv ölkələr bu soyqırımına milli səviyyədə qiymət verməyə çağırılıb.
Təşkilata üzv ölkələrin parlamentlərinə birbaşa çağırış edilir və belə çağırış faciənin milli səviyyələrdə hüquqi və siyasi baxımdan tanınmasına şərait yaradır. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 2012-ci ildə İndoneziyanın Palembanq şəhərində keçirilmiş 7-ci iclasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı ənənəvi olaraq qəbul edilmiş qətnaməyə Gənclər Forumunun təşəbbüsü ilə əlavə bənd salınıb. Xocalı faciəsinə həsr edilmiş xüsusi paraqrafda təşkilata üzv ölkələrin parlamentlərinə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş faciənin soyqırımı kimi tanınmasına çağırış edilib və faciəni törədənlərin ədalət məhkəməsinə çıxarılması tələb olunub.
Məhz aparılan uğurlu fəaliyyətin nəticəsidir ki, dünyanın 10-a yaxın dövləti, eləcə də ABŞ-ın 20 ştatı və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıb və bu soyqırımını pisləyən qətnamə qəbul ediblər.
Xocalı həqiqətlərini dünyaya tanıdan “Xocalıya ədalət!” kampaniyası bu gün də öz fəaliyyətini davam etdirir. Kampaniyanın təbliği və tanıdılması istiqamətində sosial şəbəkələrdə də fəal iş aparılır, “Facebook”, “Twitter”, “İnstagram” və “You Tube” sosial şəbəkələrində Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm işlər görülür. “Facebook” sosial şəbəkəsində yaradılan “httrs://www.facebook.com/JFKCamraign” səhifəsində Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar verilir. Səhifədə Xocalı soyqırımını tanıyan, bu soyqırımını pisləyən qətnamə qəbul edən ölkələrlə bağlı xəbərlər və şərhlər, eləcə də Azərbaycanın, Dağlıq Qarabağın tarixi ilə bağlı məlumatlar öz əksini tapır. İşğal altında olan Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların soyqırımına məruz qoyulması, günahsız insanların qətlə yetirilməsi ilə bağlı mühüm faktlar bu səhifənin ziyarətçilərinə təqdim edilir. Eləcə də ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinin tarixi kimi məlumatlarla da məhz bu səhifə vasitəsilə tanış olmaq mümkündür.
Bununla yanaşı, “httrs://www.facebook.com/JFKCamraign” səhifəsində Azərbaycanın qədim mədəniyyət, dini abidələrinin tarixinin ermənilər tərəfindən saxtalaşdırılması faktları yer alır. Ən əsası, səhifədə “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası çərçivəsində görülən işlərlə bağlı xəbərlər də öz əksini tapır.
Sosial şəbəkə istifadəçiləri bu səhifə vasitəsilə Xocalı soyqırımını əks etdirən foto və videomateriallarla tanış ola biləcəklər. Qeyd edək ki, bu videomateriallar “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası çərçivəsində çəkilib və bir sıra xarici dillərə tərcümə olunub.
Yeri gəlmişkən, “Xocalıya ədalət!” kampaniyası bir sıra ictimai təşkilatlar tərəfindən də dəstəklənir. Həmin ictimai təşkilatlar istər sosial şəbəkələrdə, istərsə də xarici ölkələrdə kampaniya çərçivəsində fəaliyyət nümayiş etdirir, təbliğat işinə öz töhfələrini verirlər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

