Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / RAGT irimiqyaslı Azərbaycan diaspor təşkilatına çevriləcək

RAGT irimiqyaslı Azərbaycan diaspor təşkilatına çevriləcək

21.04.2009 [16:56]

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib ki, Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaranması həm Rusiya, həm də Azərbaycan üçün əhəmiyyətli hadisədir. Bu təşkilatın təsis olunmasında Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın çox böyük xidmətləri olduğunu vurğulayan Ramil Həsənov deyib: “Təsis konfransında Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən azərbaycanlı gənclərin klublarını və təşəbbüs qruplarını təmisl edən 300 nümayəndənin, Rusiya və Azərbaycanın rəsmi şəxslərinin iştirak etməsi bu təşkilatın böyük önəmindən xəbər verir. Biz belə bir təşkilatın yaradılması ilə bağlı atılan xoşməramlı missiyanı məmnuniyyətlə dəstəkləyirik və alqışlayırıq.
İnanırıq ki, Leyla xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən bu təşkilatla gələcəkdə YAP Gənclər Birliyinin sıx əməkdaşlığı qurulacaq. Hesab edirik ki, RAGT Rusiyadakı azərbaycanlı gənclərin sıx birliyinə, iki ölkə arasındakı tarixi münasibətlərin inkişafına, gənclərimizin gələcəkdə Rusiyanın ictimai-siyasi həyatında, dövlət idarəçilik sistemində, seçkili orqanlarında təmsil olunmasında çox böyük kömək göstərəcək və ən fəal Azərbaycan diaspor təşkilatına çevriləcək”.

Paylaş:
Baxılıb: 1170 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31