Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" kitabının 25-ci cildi çapdan çıxıb

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" kitabının 25-ci cildi çapdan çıxıb

25.04.2009 [12:21]

“Biz bəyan etmişik və bəyan edirik ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verilə bilər. Amma Ermənistan tərəfi Dağlıq Qarabağa müstəqillik statusu verilməsini tələb edir. Əvvəla, Dağlıq Qarabağ kiçik bir yerdir, indi orada təxminən 60 min adam yaşayır. Ən yaxşı dövrlərdə orada 170 min adam yaşayırdı, onların 30 faizi azərbaycanlılar, 70 faizi ermənilər idi. Azərbaycanlıları oradan qovub çıxarıblar, ermənilərin bir qismi oradan köçüb getmişdir. Orada ağır şəraitdə yaşayırlar, lakin buna baxmayaraq, müstəqil dövlət, beynəlxalq hüququn subyekti olmaq istəyirlər. Biz bunu edə bilmərik. Əgər indi biz bu statusla razılaşsaq, onda bu, məsələnin artıq qəti həlli olar və bundan sonra heç bir danışıq gedə bilməz. Bax, Rusiya çeçenistanda müharibə, özü də ağır, çox ağır müharibə aparır. Nəyin naminə? öz ərazi bütövlüyünü qoruyub saxlamaq naminə. Bu prinsipi biz də dəstəkləyirik. çünki beynəlxalq hüquq, xüsusən 1975-ci ildə qəbul olunmuş Helsinki aktı hər bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığını əsas prinsip hesab edir”. Bu sətirlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 25-ci cildindən - Prezident Heydər Əliyevin 2000-ci il martın 4-də Rusiya jurnalistlərinin böyük bir qrupu ilə görüşdəki söhbətindən götürülüb. Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir. AzərTAc-ın materialları əsasında hazırlanmış çoxcildliyin bu kitabında oxucular ümummilli lider Heydər Əliyevin görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə görüşləri, bu şəxslərə verdiyi yüksək qiymət və dəyərli məsləhətlər ilə də tanış ola biləcəklər.

Paylaş:
Baxılıb: 1114 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31