/ / Ömər əl-Armuti: BMT-də Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsi üçün səy göstərmək lazımdır
Ömər əl-Armuti: BMT-də Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsi üçün səy göstərmək lazımdır
15.04.2016 [10:00]
Dağlıq Qarabağda qoşunların təmas xəttində son hadisələr və silahlı toqquşmalar bir daha göstərdi ki, bu uzanan münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə tənzimlənməsi zəruridir.
İordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitabının müəllifi Ömər əl-Armuti bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycan ordusu ermənilərin növbəti provokasiyasına layiqincə cavab verib. O deyib: “Mən bilirəm ki, milyonlarla azərbaycanlı Vətən naminə, işğal olunmuş torpaqların azad edilməsi üçün canından keçməyə hazırdır. Azərbaycanın böyük hərbi potensialı və öz torpaqlarını işğaldan azad etməyə qabil olan güclü ordusu var. Lakin Azərbaycan Qarabağ münaqişəsinin dinc, siyasi yolla tənzimlənməsinin tərəfdarıdır və bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdrik siyasətinə dəlalət edir”.
Ömər əl-Armuti onu da qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi istənilən anda partlaya biləcək barıt çəlləyinə oxşayır. Bu, regional və beynəlxalq sabitlik və təhlükəsizlik üçün təhdid mənbəyidir. Tarixçi deyib: “Şübhə yoxdur ki, Dağlıq Qarabağ və ona bitişik rayonlar əzəli Azərbaycan torpaqları və Azərbaycanın ayrılmaz tərkib hissəsidir, beynəlxalq hüquq da sizin ölkənin tərəfindədir. Azərbaycan beynəlxalq hüququn prinsip və normalarına əsaslanaraq öz mövqeyini - ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən, erməni silahlı qüvvələrinin istisnasız olaraq Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasından ibarət olan mövqeyini ədalətli və planlı şəkildə müdafiə edir, Azərbaycan hesab edir ki, münaqişənin yalnız bu cür həlli regionda möhkəm və uzunmüddətli sülh yaradacaq. Azərbaycan xalqı Ermənistanın uzun illər boyu həyata keçirdiyi təcavüzkar siyasətdən ciddi zərər çəkib. Bu etnik təmizləmə və işğal olunmuş ərazilərdə yerli azərbaycanlı sakinlərin öz torpaqlarından qovulması siyasəti nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bundan əlavə, Ermənistan bəşəriyyət tarixində ən qəddar cinayətlərdən birini - Xocalı qırğınını törədib. Bu qırğın soyqırım və insanlığa qarşı cinayət hesab edilib. Bir sıra beynəlxalq və regional təşkilatlar tələb edirlər ki, Ermənistan cəzalandırılsın, təqsirkarların hamısı müvafiq beynəlxalq məhkəmə orqanları tərəfindən qanunun bütün ciddiliyi nəzərə alınmaqla mühakimə edilsinlər”.
O həmçinin vurğulayıb ki, Azərbaycan bu münaqişənin lap əvvəlindən bu günə qədər dinc, siyasi tənzimləmənin tərəfdarıdır, Ermənistan isə problemin sülh yolu ilə həll edilməsini və öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını təmin etməyə hazırlaşmır.
İordaniyalı yazıçı xüsusi qeyd edib ki, Ermənistanı konstruktiv mövqe tutmağa məcbur etmək üçün beynəlxalq birlik, xüsusən dünyanın aparıcı ölkələri ona təzyiq göstərməlidirlər. Bundan əlavə, münaqişənin hərbi qarşıdurma formasına keçməməsi, öz hərtərəfli həllini tapması üçün bütün beynəlxalq və regional təşkilatlar, sülhsevər qüvvələr öz səylərini fəallaşdırmalıdırlar.
Ömər əl-Armuti deyib: “Hesab edirəm ki, bu problemin mümkün həlli variantlarından biri BMT-də Ermənistana münasibətdə beynəlxalq sanksiyalar, təsirli iqtisadi blokada, hava yollarından istifadənin qadağan edilməsi və digər tədbirlər nəzərdə tutan qətnamə qəbul edilməsinə nail olmaqdır. BMT-nin bu cür tədbirləri Ermənistanı Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanındığı dörd qətnaməni yerinə yetirməyə məcbur edə bilərdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid dosyenin Beynəlxalq Haaqa Məhkəməsinə təqdim olunmasını da təklif etmək olar ki, müvafiq qətnamə qəbul edilsin və bu münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli tapılsın”.
Əl-Armutinin sözlərinə görə, Azərbaycan zəngin enerji ehtiyatlarına malik olan, bir sıra ölkələrin geosiyasi maraqlarının kəsişdiyi məkandır. Tarixçi deyib: “Vəziyyətin yenidən kəskinləşməsi və daha geniş miqyasda hərbi əməliyyatların başlanması yolverilməzdir, çünki əks halda regionda onsuz da sadə olmayan vəziyyət daha da mürəkkəbləşəcək, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaranacaq”.
Ömər əl-Armuti cəbhə xəttində Ermənistanın provokasiyası ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) son bəyanatından söhbət açaraq bildirib ki, İslam Təşkilatı Azərbaycanı daim dəstəkləyir və bu ölkənin suverenliyini, onun ərazi bütövlüyünü dəstəkləməsi barədə zəruri bəyanatlarla çıxış edir, Xocalı qətliamını pisləyir, Azərbaycanın Dağlıq Qarabağ regionundakı işğal edilmiş bütün ərazilərinin dərhal azad olunmasını tələb edir. O vurğulayıb ki, bir sıra ölkələr və ictimai təşkilatlar da Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər.
İordaniyalı məşhur ictimai xadim Ömər əl-Armuti sonda deyib: “Aşkardır ki, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsində müsəlman ölkələri arasında konsensus var, Azərbaycanın öz qanuni, tarixi torpaqlarının azad olunmasını tələb etməyə tam haqqı var”.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

