/ / Almaniya Bundestaqının deputatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb
Almaniya Bundestaqının deputatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb
20.04.2016 [10:13]
Almaniya Bundestaqının deputatı Kristof Berqner aprelin 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonağa Komitənin fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi barədə ətraflı məlumat verib.
Bildirilib ki, bu münaqişə XX əsr Azərbaycan tarixinin ən ağır dövrü kimi tarixə düşüb. Ermənilərin öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirdiklərini qeyd edən Gəray Fərhadov deyib: “1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilib, onların yaşadıqları kəndlər talan edilib, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınıb. Ermənilərin növbəti çirkin əməlləri isə 1948-1953-cü illərə təsadüf edir. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi”.
Komitə sədrinin müavini vurğulayıb ki, 1805-ci ildə Dağlıq Qarabağda 10 min azərbaycanlı yaşadığı halda, bu torpaqlarda cəmi 100 erməni məskunlaşmışdı. 1823-cü ildə isə 20 min əhalinin 15 mini azərbaycanlı, 5 mini isə erməni olub. Müxtəlif dövrlərdə ermənilərin buraya planlı şəkildə köçürülməsi həyata keçirilib. Bu siyasət nəticəsində 1989-cu ildə 189 min əhalinin 145 mini erməni, 40 mini azərbaycanlı, qalan hissəsi isə burada yaşamış millətlərin nümayəndələri olub. Planlı şəkildə ermənilərin bu əraziyə köçürülməsi nəticəsində ermənilərin sayı dinamik şəkildə artıb.
Komitə sədrinin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, işğal nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Təəssüflər olsun ki, bu cür mötəbər bir qurumun qəbul etdiyi qətnamələr hələ də kağız üzərində qalıb. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu isə hələ ki bu istiqamətdə heç bir irəliləyişə nail ola bilməyib.
Vurğulanıb ki, Azərbaycan Hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün iki dövlət proqramı və onlara əlavələr qəbul edib. İndiyədək məcburi köçkünlər üçün 94 müasir infrastruktura malik qəsəbə inşa olunub. Bu qəsəbələrə ağır şəraitdə yaşayan 49 min məcburi köçkün ailəsi köçürülüb.
Görüşdən sonra qonaq Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb. Almaniyalı deputat Abşeron rayonunun Masazır qəsəbəsindəki Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaradılan şəraitlə də tanış olub.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

