/ / “Azərbaycanın səsi” jurnalı: Heydər Əliyev bələdiyyələri ən geniş demokratiya institutu hesab edirdi
“Azərbaycanın səsi” jurnalı: Heydər Əliyev bələdiyyələri ən geniş demokratiya institutu hesab edirdi
29.04.2016 [10:06]
Türkiyə Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin nəşri olan “Azərbaycanın səsi” jurnalının növbəti nömrəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri Mehdi Səlimzadənin “Türk Dünyasının ortaq atası Heydər Əliyev Azərbaycan demokratik cəmiyyətinin qurucusudur” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Ulu öndər Heydər Əliyevin Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılması və inkişaf etdirilməsi, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu məsələlərinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılır.
Müəllif ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən söhbət açır. Vurğulayır ki, Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əsasını qoyduğu institutlardan biri də bələdiyyələrdir.
Azərbaycanda bələdiyyə institutunun əsasları ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanıb. Onun rəhbərliyi dövründə bu istiqamətdə 20-dən çox qanun qəbul olunub, 300-dək qanunda dəyişikliklər edilib, onlarla fərman və sərəncam imzalanıb. O cümlədən, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzi Ulu öndərin müvafiq Sərəncamı ilə 2000-ci ildə yaradılıb.
Məqalədə bildirilir ki, respublikamızın dinamik inkişafı bələdiyyələrin fəaliyyətinə də müsbət təsir göstərir. Yerli özünüidarə sahəsində beynəlxalq əlaqələr inkişaf etdirilir, qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində bir sıra tədbirlər həyata keçirilir.
M.Səlimzadə yazısında Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində bələdiyyələrin yeri və rolu, əhəmiyyəti və inkişaf perspektivləri haqqında çox maraqlı fikirlərinə və sitatlara yer verib. Diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni bir forması hesab edirdi. Ümummilli lider Azərbaycanda bələdiyyələrin yaradılması prosesinə ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addım, bələdiyyələrə isə ən geniş demokratiya institutu kimi baxırdı.
Məqalədə deyilir ki, Heydər Əliyev Azərbaycanda yaradılan bələdiyyələrin gələcəyinə böyük inam bəsləyirdi. Bu ümidlər özünü doğruldur. Ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər əsasında formalaşdırılan yerli özünüidarəetmə sistemi bu gün respublikamızda işlək mexanizmlərə çevrilməkdədir. Həmin prinsiplər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və inkişaf etdirilir.
Müəllif vurğulayır ki, Ulu öndər Heydər Əliyev demokratik cəmiyyət quruculuğu prosesinə böyük önəm verir və müstəqil Azərbaycanı tam demokratik dövlət kimi görmək istəyirdi. Buna görə də demokratik cəmiyyəti formalaşdıran mexanizmlərə və institutlara, onların yaranmasına və inkişafına geniş yol açır, hüquqi əsaslarını yaradırdı. Həmçinin bu institutların fərqli, effektli üstünlüklərini Öz müdrik kəlamları ilə izah edirdi.
Məqalədə daha sonra deyilir: “Bu gün respublikamızda yerli özünüidarəetmə sahəsində Heydər Əliyev ideyalarının bütünlüklə reallaşdırılmasına yönəlmiş siyasət son nəticədə əhalinin, bələdiyyələrin və dövlət hakimiyyətinin qarşılıqlı münasibətlərinin nizamlı sisteminin yaradılmasına istiqamətlənib. Bu sistemin səmərəli fəaliyyəti hər bir bələdiyyənin ərazisində əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına, bələdiyyə qurumlarının müstəqilliyinə, dövlətin möhkəmlənməsinə və dayanıqlı inkişafını təmin etməyə imkan verir”.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41

