Ermənistan-Azərbaycan münaqişəsinin eskalasiyası məsələsi Vaşinqtonda müzakirə edilib
04.05.2016 [10:07]
Mayın 2-də Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Unudulmuş münaqişə: Dağlıq Qarabağda eskalasiya” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Böyük Britaniyanın Oksford Universitetini nəzdindəki Sent Entoni Kollecinin akademik qonağı, politoloq, elmlər doktoru Leyla Əliyeva məruzə ilə çıxış edib. Rusiya və Avrasiya üzrə Proqramların direktoru Olqa Olikerin moderatorluğu ilə keçirilən diskussiyada Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya üzrə proqramları direktorunun müavini, böyük elmi işçi Ceffri Mankoff da iştirak edib.
C.Mankoff öz şərhində Cənubi Qafqazda geosiyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olmayan digər dövlətlərin maraqları barədə məlumat verib.
Leyla Əliyeva auditoriya qarşısında çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin spesifikası, Ermənistan-Azərbaycan qarşıdurması ətrafında yaranmış geosiyasi vəziyyətin təfsilatı barədə söhbət açıb, cari ilin aprel ayında münaqişənin eskalasiyasının nüanslarını və səbəblərini təhlil edib. O, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesi mövzusuna toxunaraq qeyd edib ki, bu prosesdə yaranmış normativ qeyri-müəyyənlik, münaqişə tərəflərinin həm öz maraqları və mövqeləri, həm də beynəlxalq prinsiplərə barədə şərtlər irəli sürməsinə imkan verir, nəticədə tərəflər mürəkkəb vəziyyətə düşür, çünki tərəflərin hər biri öz mövqeyini dəstəkləyən arqumentlərə istinad edir. L.Əliyeva vurğulayıb ki, normativ prinsiplər beynəlxalq hüququn pozulması faktına, qaçqınlara və məcburi köçkünlərə münasibətdə ədalətin bərpa olunmasına, etnik təmizləmələrin icraçılarının pislənməsinə tətbiq edilməyib. Politoloq daha sonra qeyd edib ki, beynəlxalq təşkilatlar və ölkələr beynəlxalq səviyyədə tanınmış sərhədləri pozan tərəfə qarşı sanksiyalar tətbiq etməyiblər. L.Əliyeva Madrid prinsiplərinin boşluqlarından söhbət açaraq qeyd edib ki, danışıqlar prosesində “hərbi işğalın legitimləşdirilməsi” deyilən bir vəziyyət yaranıb, çünki keçmiş DQMV-yə bitişik və hazırda Ermənistanın nəzarəti altında olan işğal edilmiş rayonlar Yerevan tərəfindən bilavasitə alət kimi istifadə edilir. Eyni zamanda, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının həmin ərazidən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur. Azərbaycan uzun müddət öz iqtisadi gücündən istifadə edib və kompromisə nail olmaq, Ermənistanla münasibətləri normallaşdırmaq üçün stimul kimi energetika sahəsində əməkdaşlıq təklif edib, lakin artıq bu təklifin vaxtı keçib, çünki Yerevan onu rədd edib və kənar qüvvələrdən asılı vəziyyətə qalmağa üstünlük verib.
L.Əliyeva öz məruzəsində Qərbin tərəflərə qeyri-bərabər yanaşması, o cümlədən ABŞ Konqresi tərəfindən Azərbaycana yardım göstərilməsini qadağan edən bədnam 907-ci düzəlişin qəbul edilməsi və Dağlıq Qarabağ münaqişəsi kontekstində terminologiyadan qeyri-adekvat istifadə edilməsi məsələlərinə də toxunub. Azərbaycanın Dağlıq Qarabağ regionu barəsində “mübahisəli ərazi terminindən istifadə edilməsi bu qəbildəndir, çünki həmin münaqişədə “mübahisəli ərazi” yoxdur. Keçmiş DQMV-yə bitişik işğal edilmiş rayonlar barəsində “bufer zonası” terminindən, yaxud işğal edilmiş Laçın rayonu barəsində “dəhliz” terminindən istifadə edilməsi də buraya aiddir. Politoloq vurğulayıb ki, beynəlxalq hüquqda etnik mənsubiyyət əsasında münaqişə tərəflərindən birinə əlverişli şərait yaratmaq məqsədilə “bufer zonası” və “dəhliz” yaradılması üçün ikinci tərəfin minlərlə dinc sakininin zorla köçürülməsinə imkan verən və ya buna bəraət qazandıran qanun yoxdur. L.Əliyeva sonda deyib: “Əzab-əziyyətlərə məruz qalmış insanlara münasibətdə ədalətin bərpa edilməsi üçün İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasından, Avropa İnsan Hüquqları Məhkəməsinin, beynəlxalq tribunalların və digər təşkilatların imkanlarından istifadə edilməlidir. Bu, münaqişənin həllinə ciddi təkan verər və danışıqlar prosesini gücləndirər”.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17

