Azərbaycan XİN: Rəsmi Yerevanın açıqlamaları yenə də təxribatçı xarakter daşıyır
19.05.2016 [10:07]
Mayın 16-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada keçirilən görüşdən sonra rəsmi Yerevan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır və Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətinin təhrif olunmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Avropa Şurası Nazirlər Komitəsinin Sofiyada keçirilən sessiyasındakı çıxışını şərh edərkən bildirib.
Mətbuat katibi deyib ki, bu gün bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən çox təhlükəli olan mövcud status-kvonun qəbuledilməzliyi vurğulanır və dəyişdirilməsi zərurətinə dair çağırışlar edilir. Təəssüf ki, münaqişənin həlli prosesində konstruktivlik nümayiş etdirmək əvəzinə, Ermənistan xarici işlər naziri yenə də bu kimi çıxışları ilə hər vəchlə status-kvonun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd edir. Əgər o, bunu ölkəsinin prezidentinin təlimatı ilə həyata keçirirsə, bu, çox təhlükəli yoldur və vəziyyətin dramatik şəkil almasına xidmət edə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri bu barədə ciddi qeyd götürməlidirlər.
H.Hacıyev bildirib ki, korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən E.Nalbandyanın “Demokratik təhlükəsizlik” və ya “Demokratik sülh” konsepsiyasından danışması yalnız istehza və gülünc doğurur. Öz vətəndaşlarının odlu silahlarla kütləvi qırğınını həyata keçirən Ermənistan rejiminin insan hüquqları və demokratiyadan danışmağa mənəvi, siyasi və hüquqi haqqı yoxdur. Aprelin 2-dən başlayaraq Ermənistanın qoşunların təmas xəttində törətdiyi hərbi avantüra bir daha sübut etdi ki, Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41

