Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin Sərəncamı DSMF tərəfindən icra edilib

Prezident İlham Əliyevin Sərəncamı DSMF tərəfindən icra edilib

06.05.2009 [17:24]

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin bu ilin aprelində imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə, orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Sərəncamı ilə Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb. Artıq Fond birdəfəlik yardımın şamil olunduğu şəxslərə çatdırılmasını həyata keçirib. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, Sərəncama uyğun olaraq ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürülüb. Qeyd edək ki, Sərəncam ümumilikdə 42639 nəfərə şamil olunub. Bunlardan 5368 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən, onlara 150 manat məbləğində birdəfəlik yardım göstərilib. Böyük Vətən müharibəsində həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə, orden və medallarla təltif edilən şəxslərə, II Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, II Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə, Leninqrad mühasirəsinin iştirakçılarına isə 100 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 37271 nəfərdir.
RUHİYYƏ

Paylaş:
Baxılıb: 1173 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31