Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Respublikanın fəal qadınları Heydər Əliyev Fondunda olublar

Respublikanın fəal qadınları Heydər Əliyev Fondunda olublar

08.05.2009 [14:47]

Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və respublikanın fəal qadınları Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun beşillik fəaliyyəti haqqında ətraflı məlumat verilib. Nümayəndələr dünyanın tanınmış siyasi xadimlərinin xalqımızın dahi oğluna bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, ümummilli liderin dövlət təhlükəsizliyi orqanlarında, Moskvada yüksək dövlət vəzifəsində işləyərkən çəkilmiş şəkilləri, ailə albomu, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar. Ulu öndərin Azərbaycanın xalq rəssamı Tahir Salahov tərəfindən 1983-cü ildə çəkilmiş portreti qonaqlarda xüsusi maraq doğurub. Bildirilib ki, ümummilli lider elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahəsində çalışan qadınlara daim xüsusi diqqət və qayğı ilə yanaşıb. Qonaqlar Fonda “Heydər Əliyev və dövlət qadın siyasəti” kitabını təqdim ediblər. Fondun beş illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və ombudsman Elmira Süleymanova xoş sözlərin və arzuların yazıldığı təbrik məktublarını oxuyublar. Natiqlər əlamətdar yubiley münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı təmsil etdikləri qurumların üzvləri adından təbrik edərək, Fondun elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirdiyi böyük layihələrin əhəmiyyətini vurğulayıb, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” sənədli filmi nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 1195 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31