Millət vəkilləri ABŞ prezidentinə etiraz etdilər
09.05.2009 [22:41]
Parlamentin dünənki iclasında millət vəkilləri Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə ABŞ prezidenti Barak Obamanın Azərbaycan haqqında fikirlərinə etiraz ediblər. öncə çıxış edən millət vəkili Asəf Hacıyev ABŞ prezidentinin obyektivlikdən kənar olduğunu bildirib. Azərbaycanda bütün sahələrin inkişaf etdiyini deyən millət vəkili mətbuatın da bu sırada olduğunu qeyd edib. A.Hacıyev bu hadisəni ikili standartların təzahürü kimi qiymətləndirib.
Millət vəkili Qənirə Paşayeva da çıxışında Barak Obamanın mövqeyini pisləyib. Onun fikrincə, bu, ölkəmizə qarşı haqsızlıqdır. Millət vəkili qeyd edib ki, torpaqlarının 20 faizi işğal olunmuş dövlətə qarşı bu cür münasibət bəsləmək ədalətsizlikdir: “Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyondan artıq qaçqın və köçkünümüz var. Buna baxmayaraq, Azərbaycan problemin sülh yolu ilə həllinə tərəfdardır. Bu yöndə beynəlxalq birliyin çağırışlarına da ölkəmiz hörmətlə yanaşır. Eyni zamanda, təcavüzə məruz qalmağın çətinliklərinə baxmayaraq, Azərbaycan demokratik inkişaf baxımından öndədir. Mətbuatın azad şəkildə inkişafı üçün heç bir problem yoxdur. Əksinə, dövlət mətbuatın inkişafına hər cür yardımlar göstərməkdədir. Amma təəssüf doğuran odur ki, ABŞ prezidenti təcavüzkar Ermənistan haqqında heç bir fikir söyləməyib. Ermənistandakı son prezident seçkilərində dinc insanların qırğına məruz qalmasına və bir çox mətbuat orqanlarının bağlanmasına göz yumulur. Yaxşı olar ki, ABŞ prezidenti bu məsələyə münasibət bildirərdi”.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da ABŞ prezidentinin mövqeyindən təəssüfləndiyini bildirib. Onun fikrincə, bu bəyanat heç bir normal məntiqə sığmır. “ABŞ bir tərəfdən Azərbaycanı strateji tərəfdaşı adlandırır, digər tərəfdən isə bu cür bəyanatlar verilir. Bütün bunlar isə Azərbaycan vətəndaşlarını hiddətləndirir” - deyən S.Novruzov vurğulayıb ki, Azərbaycan dövləti həmişə mətbuata qayğı göstərir. O, xatırladıb ki, dövlət başçısı mətbuatın inkişafı ilə əlaqədar bir sıra sərəncamlar imzalayıb. O cümlədən, qəzetlərin nəşriyyata olan borclarının silinməsi, hər bir qəzetə maliyyə yardımlarının ayrılması, Azərbaycan Prezidenti Yanında Mətbuata Yardım Fondunun yaradılması və s. bu faktı təsdiq edir. Millət vəkili qeyd edib ki, hansısa cinayət əməlinə görə həbs olunan şəxsi, o cümlədən, jurnalisti haqlı saymaq olmaz: “Qanun hamı üçün birdir. Əslində, ABŞ-ın bu haqda danışmağa o qədər də haqqı yoxdur. Corc Buşa ayaqqabı atdığına görə jurnalistə neçə il həbs cəzası kəsildi. Məgər həmin jurnalisti bağışlamaq olmazdımı? Bundan əlavə, Quantanama həbsxanasında məhbuslara işgəncə verənlər də ABŞ hərbçiləri idi. Bu hadisə ictimaiyyətə açıqlanandan sonra cəmi bir neçə hərbçini həbs etdilər. Məgər Pentaqonun bundan xəbəri yox idi. ötən il təcavüzkar Ermənistanda seçkilər zamanı 56 dinc insan həbs edildi. Müstəqil mətbuat orqanları isə qapadıldı. Yaxşı olar ki, ABŞ prezidenti bundan da danışsın”.
YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında qeyd edib ki, Azərbaycan milli maraqlarına uyğun olaraq öz siyasətini həyata keçirir. ölkəmizin bu mövqeyi isə bəzi qüvvələri narahat edir. “çox təəssüf ki, Barak Obama Azərbaycanın adını geridə qalmış dövlətlərlə birgə çəkib. Bu, ölkəmizin milli maraqlarına ziddir” - deyən M.Qurbanlının fikrincə, yalnız millət vəkilləri yox, cəmiyyətin müxtəlif təbəqələri, siyasi partiyalar da məsələyə münasibət bildirməlidirlər. Əks halda, Azərbaycan cəmiyyəti sussa, ölkəmiz haqqında başqa neqativ fikirlər də səsləndirilə bilər. YAP icra katibinin müavini onu da qeyd edib ki, Obamanın bu cür fikirlər səsləndirməsinə ABŞ-ın ölkəmizdəki səfirliyi də müəyyən qədər məsuliyyət daşıyır. çünki səfirlik Azərbaycan haqqında obyektiv məlumatları Dövlət Departamentinə ardıcıl olaraq təqdim etməlidir. M.Qurbanlının sözlərinə görə, dünya üçün yalnız təhlükə terror deyil: “Təhlükələrdən biri də ədalətsizlik və ikili standartlardır”.
Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı hesab edir ki, bu bəyanat Azərbaycana qarşı haqsız yanaşmadır. Millət vəkili Elton Məmmədovun fikrincə, Obama Azərbaycanda xarici radiostansiyaların milli tezliklərdə yayımının dayandırıldığı üçün bu cür bəyanat verib.
Spiker Oqtay Əsədov isə Obamanın Azərbaycanın adını mətbuat azadlığı olmayan ölkələr sırasında çəkməsini erməni diasporunun fəaliyyəti ilə bağlayıb: “Həqiqət belədir ki, biz zəif işləyirik. ABŞ konqresmenlərindən biri aprelin 24-dən əvvəl Obamaya məktub yazmışdı ki, sən “soyqırım” sözünü işlətməsən, növbəti seçkiləri uduzacağıq. Bu, erməni diasporunun gücünü ortaya qoyur. Ermənilərin yaşadığı Kaliforniya ştatında seçkini uduzan ABŞ-da uduzur. Yəni, erməni diasporu növbəti seçkiyə 5 il əvvəldən hazırlaşır. Əminəm ki, prezidentin belə çıxış etməsində də ermənilərin rolu olub. Biz burada səfirliyi ittiham edirik ki, düzgün məlumat verməyib. Səfirlik düzgün məlumat verməlidir. Amma hörmətli deputatlar, ABŞ səfirliyində ən çox siz olursunuz. Niyə həqiqətləri onlara çatdırmırsınız? Azərbaycanlıların bir xüsusiyyəti var ki, ancaq neqativ halları görürlər. Bu müraciətə də yəqin ki, sevinənlər var. Onlar Azərbaycanın düşmənləridir. Mən deputatların narahatlığına qoşuluram. Amma inanıram ki, belə məsələlər bizim ABŞ-la münasibətlərimizə xələl gətirməyəcək. ABŞ-la əlaqələri inkişaf etdirməliyik. Kiçik dövlət olsaq da, azərbaycanlılar ləyaqətli xalqdır. Biz kənar təsirlərdən çəkinməmişik və çəkinməyəcəyik”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14

