“Azərbaycan dövləti və cəmiyyəti mətbuata hər cür qayğı göstərir”
09.12.2016 [09:45]
Hikmət Babaoğlu: İstər milli media mənsublarımıza, istərsə də Azərbaycan ictimaiyyətinə dəqiq bəllidir ki, həbs edilən şəxslər kimlərdir və onların jurnalistikaya nə dərəcədə dəxli var
“Uzun müddətdir ki, Azərbaycanda “reket jurnalist”lərə qarşı ən müxtəlif səviyyələrdə və ən müxtəlif formalarda mübarizə aparılır”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, ötən illər ərzində ictimai qınaq, əməldən çəkindirmə, müxtəlif yollarla cəzalandırma, Mətbuat Şurasının “qara siyahı”sına salınma və s. kimi çoxsaylı cəza mexanizmləri vasitəsilə xeyli dərəcədə “reket jurnalist”, necə deyərlər, yenidən tərbiyə edilərək Azərbaycan mediasına qazandırılıb. Çünki məqsəd bu məslək sahiblərini birdəfəlik media məkanından silmək olmayıb, onları doğru yola dəvət etmək olub. Düşünürəm ki, bu metod özünəməxsus sosio-pedaqoji metod olmaqla kifayət qədər təsirli olub: “Ancaq təəssüf ki, bu vaxta qədər nə bu problem tamamilə həll edilib, nə də leksikonumuzdan “reket jurnalist” termini təmizlənib. Ona görə də ölkəmizin hüquq-mühafizə orqanları bəzi məcburi tədbirlər görmək zorunda qalıb. Çünki bəzən xəstəlik elə həddə qədəm qoyur ki, onu, sadəcə, amputasiya etməklə aradan qaldırmaq mümkün olur. Son hadisələr də, düşünürəm ki, profilaktika mərhələsini çoxdan keçmiş, yalnız cərrahi müdaxilə ilə müalicə edilə biləcək vəziyyətlə bağlı olub. İstər milli media mənsublarımıza, istərsə də Azərbaycan ictimaiyyətinə dəqiq bəllidir ki, həbs edilən şəxslər kimlərdir və onların jurnalistikaya nə dərəcədə dəxli var. Ona görə də düşünürəm ki, bu qəti tədbir bundan sonra reketçiliklə məşğul olmaq istəyənlərə yaxşı bir nümunə olacaq, onları bu yoldan çəkindirəcək”.
Millət vəkili Hikmət Babaoğlu deyib ki, artıq jurnalist sözünün qabağında “reket” ifadəsinin işlənməsinə son qoymağın vaxtı çoxdan çatıb: “Hamımız çətin və fədakar peşə olan jurnalist peşəsinin nüfuzunun qorunmasına çalışmalıyıq. Axı dövlətimiz və cəmiyyətimiz bizə hər cür qayğı göstərməklə bu milli intellektual institutun inkişafı üçün əlindən gələni edir. Biz də buna layiq olmalıyıq”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

