Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan konfrans keçirilib
10.12.2016 [12:02]
Dekabrın 9-da Bakıda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “Hər bir kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi: qanunvericilik və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ombudsman Elmira Süleymanova, Milli Məclis sədrinin müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Milli Məclisin deputatları, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, ictimaiyyat nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən E.Süleymanova ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, 1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, strateji islahatların, qanunvericiliyin, iqtisadi, sosial sistemlərin sürətlə dəyişən şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində dinamik inkişaf mərhələsi açdı. 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı məhz Ümummilli lider Heydər Əliyev oldu. Onun Sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının ümumtanınmış prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin Əsas Qanununun qəbul olunması Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasına mühüm təkan oldu.
Milli Məclis sədrinin müavini Bahar Muradova konfransdakı çıxışında ölkəmizdə insan hüquqlarının qorunması ilə bağlı mövcud qanunvericilikdən, Milli Məclis və Ombudsman Aparatı tərəfindən bu istiqamətdə birgə görülən işlərdən bəhs edib. Bildirib ki, parlament insan hüquq və azadlıqları ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsində çox ciddi rol oynayır. Hər bir insanın hüquqlarının qorunması vacib amildir və bu hüquqlar təmin edilməlidir. Bu il Azərbaycanda dövlət müstəqilliyinin 25 illiyi qeyd olunur. Ötən 25 il ərzində Azərbaycan digər sahələrlə yanaşı, insan hüquq və azadlıqları sahəsində də mühüm uğurlar əldə edib.
“Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində dönüş Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yaranıb”, - deyən Bahar Muradova ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və qorunması istiqamətində atılan addımlardan, bu sahədə Ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Qeyd edilib ki, müasir müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün geniş yol açılıb, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına, onların müdafiə mexanizmlərinə xüsusi yer verilib. Əsas Qanunun ən geniş fəsli məhz fundamental insan hüquq və azadlıqlarından bəhs edir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu xüsusi vurğulanıb. Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının məzmununun genişləndirilməsinə xidmət edib. Həmin dəyişikliklərdən sonra Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi də əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətinin məhz insan hüquqlarının müdafiəsi olduğunu deyən B.Muradova diqqətə çatdırıb ki, dünyada müşahidə edilən inteqrasiya prosesləri fonunda demokratik inkişaf yolu tutmuş hər bir dövlətin qarşısında insan hüquq və azadlıqlarının təmini, onların tam həcmdə həyata keçirilməsi vəzifəsi durur.
Tədbirdə çıxış edən Qulam İshaqzai deyib ki, hər il dekabrın 10-da İnsan Hüquqları Günü dünyada “Hər bir insanın hüququnu müdafiə et!” şüarı ilə qeyd edilir. Dekabrın 10-da qəbul edilmiş Beynəlxalq İnsan Hüquqları ilə bağlı Bəyannamə dünyaya verilmiş ən böyük töhfədir.
Sonra insan hüquq və azadlıqlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11

