Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb
13.12.2016 [10:12]
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri də “Azərbaycanı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Ümummilli lider” mövzusunda konfrans olub.
Konfransda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb. O deyib ki, Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bildirib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizin və xalqımızın taleyində oynadığı misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin, yaratdığı sabitliyin və əmin-amanlığın, iqtisadi strategiyanın, ideoloji təməlin əhəmiyyəti illər ötdükcə daha aydın görünür. Ulu öndər Vətənimiz üçün tarixin ən çətin sınaq dönəmində mühüm işlər görüb.
1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu öndərin qarşısında ən müxtəlif çeşidli problemlər dururdu. Onları həll etmədən yenicə bərpa edilmiş müstəqilliyə dönməz və qəti xarakter vermək, dövlətçilik ənənələrini dirçəltmək, bütün cəmiyyət üçün qanunların prioritetini təmin etmək, düzgün və balanslaşdırılmış xarici siyasi xətt yeritmək qeyri-mümkün idi. Bu qayıdışı ilə Ulu öndər Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün milli intibahının şərəfli mərhələsini yaşayır. Dinamik inkişaf edən ölkəmizin hərtərəfli yeniləşməsinə xidmət edən əzəmətli layihələr uğurla həyata keçirilir.
Konfransda Ümummilli liderin zəngin həyat yolundan, müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, dünyada nüfuzunun artması istiqamətində gördüyü işlərdən ətraflı bəhs edilib.
Sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyorlarının ifasında Ulu öndərə həsr olunmuş “Qurtuluş” tamaşası təqdim olunub.
Sonda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin təbliğində fəal iştirak etdiyinə görə Dövlət İdarəçilik Akademiyası və Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına Fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

