/ / Antonio Quterreş: BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvaram
Antonio Quterreş: BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvaram
04.02.2017 [12:12]
Məlum olduğu kimi, ölkəmizdə davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların hüquq və azadlıqlarının təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası” təsdiq edilmişdir. Konsepsiyaya əsasən ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən, aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığı əsas strateji xətt olaraq ön plana çəkilir. Bu baxımdan BMT və Azərbaycan höküməti tərəfindən imzalanmış 2016-2020-ci illər üzrə Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədi (UNAPF) İnkişaf Konsepsiyasında qeyd olunmuş milli prioritetlərə, eyni zamanda 2015-ci ildən sonrakı inkişaf məsələlərinə uyğun hazırlanmışdır.
BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri barədə qəbul etdiyi sənəddən irəli gələn öhdəliklərlə əlaqədar dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizin BMT ilə əlaqələrində yeni bir səhifə açmışdır. Şuranın fəaliyyətinın yüksək səviyyədə təmin edilməsi üçün Katiblik, habelə müvafiq qurumların nümayəndələrindən ibarət iqtisadi inkişaf, layiqli məşğulluq, sosial və ekoloji sahələr üzrə işçi qrupları yaradılmış, əsas prioritetlər müəyyənləşdirilərək milli göstəricilərə dair statistik məlumatların toplanması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə BMT-nin yeni seçilmiş Baş Katibi Antonio Quterreş Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədova məktubla müraciət edərək, ölkəmizdə gedən bütün bu işlər barədə ətraflı məlumatlandırıldığını və Azərbaycan Respublikasının dayanıqlı inkişaf, o cümlədən, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf sahələrində əldə etdiyi nailiyyətlərin xoş təsir bağışladığını qeyd etmişdir. Azərbaycanın uğurlu fəaliyyətində BMT-nin də iştirakının onda qürur hissi doğurduğunu nəzərə çatdıran BMT-nin Baş Katibi, Azərbaycan hökumətinin Dayanıqlı İnkişaf Məqsədlərinin “Azərbaycan-2020” Proqramı çərçivəsində həyata keçirəcəyi işləri daim dəstəkləyəcəyini vurğulamışdır. Müasir dünyada münaqişələrin qarşısının alınması və həlli, insan haqlarına və beynəlxalq humanitar hüquqa hörmətin təşviq olunması, qeyri-bərabərliyin və təcrid olunmanın aradan qaldırılması istiqamətində BMT-nin potensialının artırılması üçün var qüvvəsi ilə çalışacağını vəd edən Antonio Quterreş hazırda beynəlxalq müstəvidə baş verən yeni çağırışları səmərəli şəkildə cavablandırmaq üçün birgə tədbirlərin görülməsi istiqamətində BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

