Kamal Abdullayev: Dilə olan məhəbbət Vətənə sevgi, bayrağa ehtiram, himnə sayğıdır
22.02.2017 [10:16]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Dilçi olmayanlar üçün dil dərsi” keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Musiqi Akademiyası, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan dilinin zənginliyindən, incəliyindən və geniş imkanlarından bəhs edən akademik dilimizin yayılma arenasının genişliyindən söz açıb. O deyib ki, bu gün Azərbaycan dili dövlət dili olaraq Azərbaycan ərazisində yaşayan bütün xalqların doğma dilidir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlərdən danışan dövlət müşaviri bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili kimi tətbiqi, diplomatiya sahəsində işlənməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti ilə bağlıdır: “Ulu öndər ən dərin mətləbləri hər bir insanın qəlbinə nüfuz edəcək bir dildə anlaşıqlı və rəvan çatdıra bilirdi, fikirlərindəki saflıq, axıcılıq dilində özünü büruzə verirdi. Ümummilli liderin “Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamı ana dilimizə olan məhəbbətin təzahürüdür və hər bir soydaşımız üçün örnəkdir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.
Sonra Kamal Abdullayev Azərbaycan klassik ədəbiyyatının nümayəndələrindən müxtəlif sitatlar gətirməklə ana dilimizin geniş imkanlarından söz açıb, gəncləri ana dilimizi sevməyə, qorumağa və zənginləşdirməyə çağırıb.
İnteraktiv formada keçən görüşdə akademik Kamal Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20

