/ / Hikmət Babaoğlu: Bu hadisədən sonra Hollandiyanın timsalında bütünlükdə Qərb imperializminin arxasında gizləndiyi demokratiya və insan hüquqları maskası düşdü
Hikmət Babaoğlu: Bu hadisədən sonra Hollandiyanın timsalında bütünlükdə Qərb imperializminin arxasında gizləndiyi demokratiya və insan hüquqları maskası düşdü
14.03.2017 [09:51]
“Hollandiyanın qardaş Türkiyə Cümhuriyyətinin nazirlərinin öz vətəndaşları ilə görüşmə hüququnu məhdudlaşdırması, bunu zorakı üsullarla qadağan etməsi diplomatiya tarixində görünməmiş nəzakətsizlikdir. Bu addım təməl insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa, diplomatik münasibətlər haqqında Venesiya konvensiyasına ziddir”.
Bunu Milli.Az-a açıqlamasında Türkiyə-Hollandiya münasibətlərində yaranmış böhranı şərh edən Milli Məclisin üzvü, politoloq Hikmət Babaoğlu bildirib.
Millət vəkilinin fikrincə, bu, indiyədək dövlətlərarası münasibətlərdə rastlanmayan pis bir insidentdir: “Bu, hər şeydən əvvəl, imperialist Qərbdə baş qaldıran və hər gün bir az daha artan islamofobiyanın təzahürüdür. Hələ bu da hamısı deyil. Bu həm də 15 iyul 2016-cı ildə Türkiyə Cümhuriyyətinə qarşı dövlət çevrilişinə cəhddən sonra Avropa imperializminin Türkiyəyə qarşı nümayiş etdirdiyi qərəzli münasibətin davamıdır. Görünür, Qərb imperializminin Türkiyəni Suriyalaşdırmaq layihəsi baş tutmadığı üçün Qərbdə olduqca böyük narahatçılıq var. Çünki qardaş ölkədə aprel ayının 16-da baş tutacaq ən böyük demokratik tədbir olan ümumxalq səsverməsi - referendum aktının keçirilməsindən sonra Türkiyənin daha da güclənəcəyindən qorxuya düşən islamofob mərkəzlər bunun baş tutmasını istəmirlər. Ona görə də ən böyük demokratiya aktına qarşı ən böyük antidemokratik addım atmaqla özlərini ifşa etdilər. Məsələnin kökündə bu dayanır”.
H.Babaoğlunun qənaətincə, Hollandiya kimi o qədər də böyük olmayan ölkə bütün dünyanın gözü önundə dinc nümayişçini xüsusi təlim almış köpəklə vəhşicəsinə əzirsə, deməli, ona bu cürəti verənlər var. Ona görə də bu hadisədən sonra Hollandiyanın timsalında bütünlükdə Qərb imperializminin arxasında gizləndiyi demokratiya və insan hüquqları maskası düşdü: “Qlobal dəyərlərin, demokratiyanın, insan hüquqlarının Qərb üçün, sadəcə, istismar mexanizmi, milli dövlətlərə qarşı bir silah olduğu bir daha ortaya çıxdı. Ancaq bu addım Türkiyəni daha da gücləndirdi. Bu dəfə islamofobların çılğınlığı o qədər emosional oldu ki, nəticədə özünüifşaya gətirib çıxardı. İndi əgər hər fürsətdə müsəlman ölkələrini insan hüquqları və azadlıqlarını pozmaqda ittiham edən Qərbin beynəlxalq təşkilatları da ifşa olunmaqlarını istəmirlərsə, qoy Hollandiyanın atdığı addımları lənətləyən bəyanatlar versinlər, onu insan hüquq və azadlıqlarını pozmaqda ittiham etsinlər. Əks təqdirdə, onsuz da, bərbad halda olan siyasi nüfuzları daha da pisləşəcək”.
Qeyd edək ki, martın 11-də Hollandiya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Hollandiyada Türkiyə konstitusiyasına aprelin 16-da keçiriləcək referendumda düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi planlaşdırırdı. Daha sonra Hollandiyaya quru yolla gəlmək istəyən Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın da avtomobili polis tərəfindən saxlanılıb. Nazirə Rotterdam şəhərində türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verilməyib.
Buna etiraz olaraq Avropanın ən müxtəlif ölkələrindən gələn türklər Rotterdam şəhərində, Türkiyənin baş konsulluğunun binasının qarşısına toplaşaraq, etiraz aksiyası keçiriblər. Polis 14 min nümayişçiyə qarşı dəyənəklərdən, su şırnağından, itlərdən istifadə edib. Süvari polislər nümayişçiləri döyüblər.
Rəsmi Ankara Hollandiya hökumətindən Türkiyədən rəsmi olaraq üzrxahlıq etməsini tələb edib. Hollandiya hökuməti isə Türkiyədən üzr istəməkdən imtina edib.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

