Sun Cinvu: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
15.03.2017 [10:09]
Martın 14-də Milli Məclisdə Çin Xalq Respublikasının Xarici Ölkələrlə Çin Dostluq Cəmiyyətinin sədr müavini Sun Cinvunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Çin əlaqələrinin çoxşaxəliliyindən məmnunluq ifadə olunub.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ticari, iqtisadi, siyasi əlaqələri daha da genişlənib.
Komitə sədri vurğulayıb ki, Azərbaycan-Çin əlaqələrinin dərin tarixi kökləri var. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri, orada keçirdiyi yüksək səviyyəli görüşlər və apardığı danışıqlar müasir dövrdə ölkələrimiz arasında əlaqələrin əsasını qoyub. Prezident İlham Əliyevin Çinə səfərlərini xatırlayan komitə sədri deyib ki, bu səfərlər ikitərəfli münasibətlərin genişlənməsinə xüsusi töhfə verib.
Siyavuş Novruzov parlamentlərarası, o cümlədən Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrdən də danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri qeyd edib ki, 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi hələ də Ermənistan tərəfindən icra olunmayıb.
Təhsil əlaqələrindən danışan S.Novruzov vurğulayıb ki, Azərbaycanın bir çox universitetlərində Çin dili tədris olunur. Çindən gələn tələbələr ölkəmizdə, azərbaycanlı tələbələr isə Çinin bir sıra universitetlərində təhsil alırlar.
Sədr müavini Sun Cinvu qeyd edib ki, hər iki ölkənin rəhbərlərinin səyləri nəticəsində hazırda dostluq münasibətləri bütün sahələri əhatə edir. Siyasi baxımdan ölkələrimiz arasında inam və etimad mövcuddur.
Qonaq bildirib ki, bu il Çin ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür və Pekin şəhərində bu münasibətlə böyük ziyafət keçiriləcək.
Sun Cinvu Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Çin Xalq Respublikasının mövqeyini bir daha təsdiqləyərək vurğulayıb ki, biz problemin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin tərəfdarıyıq. İnanırıq ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri tezliklə icra olunacaq.
Söhbət zamanı hər iki ölkənin təşəbbüskarı olduğu yeni iqtisadi layihələr, Azərbaycan ilə Çin arasında humanitar təmaslar, münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

