Azərbaycanın siması və birinci xanım olmaq Mehriban Əliyevanın alın yazısıdır
16.03.2017 [10:12]
Ukraynanın Versii.com saytında həmvətənimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin və sosial kommunikasiyalar ixtisası üzrə elmlər namizədi Veronika Çekalyukun “Zərif və zabitəli birinci xanım Mehriban Əliyeva ərinin uğurlarının güzgüsüdür” sərlövhəli məqaləsi dərc edilib.
Müəlliflər məqalənin əvvəlində qeyd edirlər ki, bu materialın yazılmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın respublikanın Birinci vitse-prezidenti təyin edilməsi səbəb olub. Azərbaycanın birinci xanımının imici imicologiya və diplomatiya üzrə tədris vəsaitləri üçün nümunədir. Onun qüsursuz reputasiyaya əsaslanan imici son dərəcə diqqətlə və təbii şəkildə yaranıb. Mehriban xanım doğulduğu gündən sanki bilirdi: ölkənin mənafelərinə xidmət etmək, bu ölkənin siması, diplomat və birinci xanım olmaq onun alın yazısıdır.
Məqalədə vurğulanır ki, kütləvi informasiya vasitələri Azərbaycanın birinci xanımını enerjili, savadlı, özünə güvənən və vətənpərvər bir qadın, həyat yoldaşı, ana və cavan nənə kimi təqdim edirlər. O, bunların hamısına macal tapır, şəxsi nümunəsi ilə Azərbaycanın bütün qadınlarına göstərir ki, eyni vaxtda həm qadın, həm sədaqətli həyat yoldaşı, həm ictimai xadim, həm də ibrət götürüləsi nümunə olmaq mümkündür. Bu gün birinci ledinin reytinqi çox yüksəkdir və artmaqda davam edir. Mehriban xanım Əliyevanın nüfuzu və təsiri yenilməzdir.
Müəlliflər bir məqama diqqəti cəlb edirlər ki, birinci xanım ölkənin liderinin həyat yoldaşı olmaqla bərabər, müəyyən şəraitdə dövlətin siyasi həyatında aparıcı yerlərdən birini inamla tuta, başqaları üçün nümunə, qadın gözəlliyinin etalonu, müdrik rəhbər ola bilər. Bu statusa uyğunluq birinci ledinin özünün arzusundan, onun istəklərindən, zəkasından, zövqündən və qəribə də olsa, peşəkarlar komandasından asılıdır. İmicmeykerlər çox vaxt birinci ledinin lazımlı imicini yaratmaq üçün dünyanın məşhur qadınları tərəfindən uğurla sınaqdan keçirilmiş keyfiyyətlərin sintezini təklif edirlər. Azərbaycanın birinci xanımının imicini təqlid edilməyə layiq nümunə saymaq olar: o, incə zövqlü və müdrikdir, bir neçə Avropa dilini sərbəst bilir, həmişə qüsursuz görünür. Bir sözlə, dünyanın bütün qadınları üçün gözəllik etalonudur. Birinci xanım çalışqan və əməksevər, dəqiq və təmkinlidir.
Məqalə müəllifləri sonra yazırlar: “Birinci xanım xeyirxahlıq və mənəviyyat, möhtəşəmlik və geniş ürəklilik ab-havası, xüsusi ovqat yaradır. Şübhəsiz, siyasətçi qadının imici özünə inam, təmkinlilik, cəlbedici zahiri görkəm, lazımi dərəcədə fəallıq və gümrahlıq, təşəbbüskarlıq, nikbinlik, yeri gələndə qətiyyətlilik, əzmkarlıq kimi keyfiyyətlərə malik olmalıdır.
Birinci xanımın imici Prezidentin ambisiyalarının təzahürü, onun ağlının və zövqünün, istedadının və digər üstünlüklərinin göstəricisidir. Azərbaycanın birinci xanımının ampluası bu fikirləri təsdiqləyir”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

