/ / Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclası keçirilib
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclası keçirilib
17.03.2017 [10:12]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 2016-cı ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı” məsələ müzakirə olunub.
Ali Məclisin Sədri iclası açaraq deyib ki, Azərbaycanın inkişafında və bugünkü səviyyəyə çatmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olub. Dövlətin inkişafı ölkənin siyasi liderindən və Onun ətrafında birləşən insanların fəaliyyətindən asılıdır. Yeni Azərbaycan Partiyası da Ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən, sabitlik və inkişaf istəyən, ölkəni parçalayanlara qarşı mübarizə aparan Azərbaycan xalqının arzusu və tələbi ilə yaradılıb. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya inkişaf dövrü keçib, Azərbaycanın siyasi səhnəsində Yeni Azərbaycan Partiyası üzvlərinin sayı artıb. Bu gün ölkəsinə bağlı, vətənpərvər və müasir düşüncəli gənclər partiya sıralarına qəbul olunur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da fəaliyyətini bu istiqamətdə qurub. Bundan sonra da vətənpərvər gənclər partiyaya üzv qəbul olunmalı, varislik təmin edilməli, partiya üzvləri muxtar respublikanın siyasi həyatında fəal iştirak etməlidirlər.
İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov hesabat məruzəsi ilə çıxış edib.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev, Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva və Naxçıvan Dövlət Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatı Siyasi Şurasının üzvü Saleh Məhərrəmov çıxış edərək, 2016-cı ildə rayon təşkilatları tərəfindən görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov Siyasi Şuranın iclasında deyib: “Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü tamam olur. Yeni Azərbaycan Partiyası 1992-ci ildə xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaradıldı. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Yeni Azərbaycan Partiyasının yaranması, böyük yol keçərək təşkilatlanması və hakim partiyaya çevrilməsi də mümkün olmayacaqdı. Ulu öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi xarakterizə edərək demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış bir zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Ali Məclisin Sədri deyib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı partiyanın siyasi, ideoloji və təşkilati fəaliyyəti ilə bağlı əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də zəruri işlər görüb. Lakin fəaliyyət inkişafın reallıqlarına uyğun qurulmalıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi, şəhər və rayon təşkilatları 2017-ci ildə də fəaliyyətlərini gücləndirməlidirlər. Partiyamızın 25 il əvvəl Naxçıvanda yaranaraq təşkilatlanması onun muxtar respublika təşkilatının nümunə gücündə olmasını şərtləndirir. Bu amil daim diqqətdə saxlanmalı, partiya işi yenilənməli, daha mütərəqqi formada inkişaf etməlidir. Partiyanın İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları öz fəaliyyətini “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2017-ci ilə dair İş Planı”na uyğun qurmalı, nəzərdə tutulmuş tədbirlər vaxtında icra olunmalıdır.
“Hər bir siyasi partiyanın gücü onda təmsil olunan üzvlərin siyasi fəallığından asılıdır. Bu xüsusat diqqətdə saxlanılaraq partiya üzvlüyünə yeni qəbul olunanlarla iş gücləndirilməli, üzvlərlə fərdi işə üstünlük verilməlidir”, - deyən Ali Məclisin Sədri qeyd edib ki, İcra Katibliyi, şəhər və rayon təşkilatları ilə yanaşı, ərazi ilk partiya təşkilatları da gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqəti artırmalıdırlar.
Qeyd olunub ki, partiyanın qadınlar şuralarının fəaliyyətləri də muxtar respublikanın ictimai həyatında ciddi hiss olunmalıdır. Partiya üzvləri ictimai yerlərdə fəallıqları ilə nümunə olmalıdırlar. Onlar abadlıq və yaşıllaşdırma tədbirlərində yaxından iştirak etməklə yanaşı, yaradılanların qorunmasına şüurlu münasibəti nümunə gücündə göstərməyi bacarmalıdırlar. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə diqqət artırılmalıdır. Bəzi ilk partiya təşkilatlarının fəaliyyətində ətalət və passivlik hiss olunur. Onlar sadəcə üzvlük haqlarının yığılması ilə işlərini bitmiş hesab edirlər. Şəhər və rayon təşkilatları ərazi ilk partiya təşkilatları ilə əlaqəni gücləndirməli, birgə ideoloji işin aparılmasını təmin etməlidirlər. Bununla yanaşı, ilk partiya təşkilatlarında kargüzarlığın düzgün aparılması da diqqətdə saxlanılmalıdır. Kənd və qəsəbə mərkəzlərində yaradılmış şəraitdən səmərəli istifadə olunmalı, yerlərdə görülən işlər barədə arayışlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilməlidir. Bu mərkəzlər ideya, siyasi və təşviqat işləri üçün bir mərkəz kimi öz statuslarını möhkəmləndirməlidirlər.
Ali Məclisin Sədri deyib: “Kadr siyasəti partiyanın əsas vəzifələrindən biridir. Bu sahə daim diqqətdə saxlanılmalı, partiya işində aktiv gənclərin seçilməsi, ehtiyat kadr potensialının yaradılması işin əsas ağırlıq mərkəzini təşkil etməlidir. Partiyanın İcra Katibliyi, şəhər və rayon təşkilatları kadrların seçilməsində təşəbbüskarlıqlarını artırmalı, gənclərin partiya strukturlarında və partiya təşkilatlarının rəhbər qurumlarında təmsil olunmalarına çalışmalıdırlar. İstedadlı gənclər irəli çəkilməli, onlar partiya kadrı kimi yetişdirilməlidir. Kütləvi informasiya vasitələri ilə iş partiya fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Partiyamızın muxtar respublika təşkilatının fəaliyyəti, ölkənin siyasi tarixinin mühüm hadisələri ilə bağlı keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır. 2017-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə bağlı partiyanın muxtar respublika təşkilatının İcra Katibliyi şəhər və rayon təşkilatları ilə birlikdə müxtəlif tədbirlərin keçirilməsini, dəyirmi masaların təşkilini təmin etməlidir. Bizim vəzifəmiz partiya-təşkilat işini daha da gücləndirmək, partiyamızın cəmiyyətdə tutduğu yüksək mövqeyi qoruyub saxlamaq, partiya işini irəli aparmaqdır”.
Ali Məclisin Sədri bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15

