/ / “Moment istinı” qəzetinin Azərbaycanın müasir ictimai-siyasi həyatına dair xüsusi buraxılışı işıq üzü görüb
“Moment istinı” qəzetinin Azərbaycanın müasir ictimai-siyasi həyatına dair xüsusi buraxılışı işıq üzü görüb
28.03.2017 [09:42]
Rusiyanın Novosibirsk Vilayət Jurnalistlər İttifaqının orqanı olan “Moment istinı” qəzeti Novruz bayramı ərəfəsində növbəti nömrəsini bütövlükdə Azərbaycan Respublikasına həsr edib. Qəzetin birinci səhifəsində “Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub” sərlövhəli məqalə dərc edilib.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və dövlətçilik tarixində baş vermiş bu əlamətdar hadisə uzaq Sibirdə yaşayan tanınmış rus politoloqlarının diqqətini cəlb edib, xalqımızı və Vətənimizi sevən həmin siyasət xadimləri bu təyinatı yüksək qiymətləndirib, öz fikirlərini oxucularla bölüşüblər. Məşhur politoloq Sergey Markov öz fikirlərini belə ifadə edib: “Zənnimcə, Mehriban Əliyeva çox haqlı olaraq bu yüksək vəzifəyə təyin olunub. Biz - Rusiyanın ictimai-siyasi xadimləri qeyd edirik ki, bu hadisə təkcə Azərbaycanda deyil, Rusiyada da yüksək qiymətləndirilib”.
Siyasətçi Oleq Kuznetsov isə ümidvar olduğunu bildirib ki, Mehriban xanım Əliyevanın bu yüksək vəzifəyə təyinatı Azərbaycanın daxili və xarici siyasətində öz bəhrəsini verəcək.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev birinci xanım Mehriban Əliyevanın Azərbaycanın sosial, ictimai, siyasi, mədəni həyatında, bütövlükdə Şərq aləmində yüksək nüfuza malik olduğunu geniş şərh edib.
Qəzetin dördüncü səhifəsində dərc olunan “Mehriban Əliyevanı Azərbaycan xalqı çox sevir” adlı geniş yazıda MDB ölkələri üzrə ekspert Arkadi Dubnov Mehriban Əliyevanın iş üslubunda Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi gedişlərinin cizgilərini şərh edib. Qəzetdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin müxtəlif məqamlarından söhbət açaraq birinci xanımın Azərbaycanın inkişafı üçün bundan sonra da çox iş görəcəyini vurğulayırlar.
Qəzetin doqquzuncu səhifəsində isə şair-publisist Mirkazım Seyidovun Mehriban Əliyevaya həsr etdiyi “Birinci xanım” adlı poemadan parçalar verilib. Həmçinin qəzetdə Novosibirsk Vilayət Jurnalistlər İttifaqının sədri Andrey Selnokovun Mirkazım Seyidovla geniş müsahibəsi dərc edilib. Müsahibədə müstəqil Azərbaycanın müasir ictimai-siyasi həyatının bugünkü mənzərəsi şərh edilməklə ölkəmizin daxili və xarici siyasətində Prezident İlham Əliyevin böyük quruculuq fəaliyyəti ətraflı təhlil olunub.
Qəzetdəki irihəcmli yazılardan biri də Ulu öndər Heydər Əliyevin müasir milli siyasətinin geniş şərhinə həsr edilib. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun bu mövzu ilə bağlı əsərlərinin elmi şərhini M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun məzunu, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov verib. Məqalədə Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illər ərzində Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasətin vacib aspektləri öz əksini tapıb.
Qəzetdə, həmçinin Xocalı soyqırımının 25 illiyindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib, Ermənistanın işğalçılıq siyasəti pislənilib, bu hadisə rus və Azərbaycan politoloqları tərəfindən araşdırılaraq Azərbaycanın ərazi bütövlüyünün vacibliyi vurğulanıb.
İyirmi səhifəlik, yüksək tirajla rəngli çap olunan qəzetdə Rusiya oxucuları üçün Azərbaycanın müasir həyatı haqqında geniş məlumat verilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25

