Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə istiqamətində mühüm işlər görülür
18.04.2017 [09:19]
Aprelin 17-də Azərbaycan Milli Məclisinin sədrinin müavini Bahar Muradova beynəlxalq ekspert, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvü xanım Pramila Patten ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, gender əsaslı zorakılıqla mübarizə dünya qadınları üçün vacib məsələdir. Zorakılıqsız cəmiyyət hər kəsin arzusudur. BMT və onun qurumları ilə fəal əməkdaşlıq edən Azərbaycan bu sahədə də mühüm işlər görür. Milli Məclis lazımi qanunları qəbul edib. Həyatın tələbinə uyğun olaraq zaman-zaman həmin qanunlara müvafiq dəyişikliklər olunur.
Xanım Pramila Patten bildirib ki, hazırkı səfəri “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı 2 illik layihə çərçivəsində baş tutur. Layihənin əsas məqsədi bu sahədə səmərəli cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Layihənin komponentlərindən biri “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması, həmçinin Milli Fəaliyyət Planının hazırlanmasıdır. P.Patten qeyd edib ki, hökumət nümayəndələri ilə ölkəmizdə keçirdiyi görüşlər zamanı toplanmış məlumatlar təhlil ediləcək, Milli Əlaqələndirmə Şurasının yaradılması, Milli Fəaliyyət Planının hazırlanması prosesində istifadə olunması üçün tövsiyələr şəklində hökumətə təqdim olunacaq.
Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü və qurumun Miqrasiya komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə AŞPA-nın baş məruzəçisi, həmçinin “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rəhbəri və siyasi əlaqələndiricisi Sahibə Qafarova mövzu ilə bağlı çıxış edərək ölkəmizdə görülən işlərdən danışıblar.
Səmərəli fikir mübadiləsinin aparıldığı görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanlı, BMT-nin Əhali Fondunun və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56

