Qeyri-hökumət təşkilatları Azərbaycanın milli maraqlarına uyğun fəaliyyət göstərməlidirlər
01.07.2009 [11:41]
Milli Məclisin dünənki iclasında uzun müddətdir geniş müzakirələrə səbəb olan “QHT-lər haqqında” Qanuna əlavə və dəyişiklikləri də özündə əks etdirən bəzi qanunvericilk aktlarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihənin müzakirəsi davam etdirildi. Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, parlamentdəki son müzakirələrdən sonra müxtəlif QHT təmsilçiləri tərəfindən ona çoxsaylı müraciətlər edilib. Bu müraciətlərdə qanun layihəsindəki bəzi müddəaların çıxarılması xahiş olunub. Eyni zamanda, parlamentin son iclasındakı müzakirələr zamanı bəzi millət vəkilləri də qanun layihəsinin yenidən işlənməsi təşəbbüsü ilə çıxış ediblər. Bunu nəzərə alan spiker layihəni hazırlayan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə sənədin yenidən işlənməsi barədə tapşırıq verib. Bundan sonra komitə layihəyə bir sıra dəyişikliklər edib.
Layihəyə edilən dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verdi. Onun sözlərinə görə, komitəyə və parlamentə ünvanlanan irad və təkliflər ciddi şəkildə müzakirə olunub. Həmin təkliflərin əksəriyyəti nəzərə alınıb. Komitə sədri dedi ki, əksər iradlar nəzərdə tutulan əlavə və dəyişikliklərin tətbiqi zamanı müəyyən problemlərin yarana biləcəyi ilə bağlı olub. Məsələn, ilkin layihədə QHT-lərin dövlət qeydiyyatının məcburiliyi əksini tapıb. Amma sonradan bu müddəa layihədən çıxarılıb. Eyni zamanda, qeydiyyatdan keçməyən, amma fəaliyyət göstərən QHT-lərin təsisçilərinin cərimələnməsi ilə bağlı müddəalar da İnzibati Xətalar Məcəlləsindən çıxarılıb. Bundan başqa, QHT-lərin yerli filial və nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı da yeni norma təklif olunur. Təklif olunur ki, təsisçiləri əcnəbilər və ya xarici hüquqi şəxslər olan QHT-lərin filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşları olsun. Layihədə göstərilir ki, Azərbaycan ərazisində daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində QHT təsis edə bilərlər. Ə.Hüseynov dedi ki, bu təklif kifayət qədər məntiqlidir. çünki yalnız Azərbaycanda daimi yaşayan əcnəbi ölkə ərazisində fəaliyyət göstərəcək QHT təsis etmək fikrinə düşə, onun müəyyən məqsəd və məramları ola bilər.
Layihədən ictimai birliklərin dövlət reyestrinin yaradılması ilə bağlı təklif də çıxarılıb. Ə.Hüseynov dedi ki, bu təklifə də QHT-lər tərəfindən ciddi etirazlar olunub, həmçinin, müvafiq icra hakimiyyəti orqanı da reyestri aparmağa hazır olmayıb. Buna görə də, müddəa layihədən çıxarılıb. “Biz ümid edirik ki, ictimai birliklər özləri özlərinin reyestrini aparacaqlar” - deyə Ə.Hüseynov vurğuladı. Onun sözlərinə görə, Azərbaycanda xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyəti ilə bağlı hökumətlərarası sazişin imzalanması ilə bağlı maddə də dəyişdirilib. İndi təklif olunur ki, Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici QHT-lər Azərbaycan hökuməti ilə imzalanan saziş əsasında fəaliyyət göstərəcəklər.
Ə.Hüseynov dedi ki, qanun layihəsində narahatlıq yaradan məqamlardan biri də QHT-lərin illik maliyyə hesabatlarının audit nəticələri ilə birlikdə təqdim etməsinin təklif olunması idi. QHT-lər bu prosedurun maliyyə tutumlu olduğunu əsas gətirərək layihədən çıxarılmasını təklif ediblər. Müzakirələrin yekununda hesabatın auditlə təqdim olunması müddəası layihədən çıxarılıb. Amma QHT-lər hər il maliyyə hesabatını təqdim etməlidirlər. Bunu etməyən təşkilatlar müəyyən məsuliyyət daşıyacaqlar.
Bundan başqa, “KİV haqqında” Qanuna təklif olunan iki əlavə və dəyişiklik də bir qədər yüngülləşdirilib. Məsələn, məhkəmə qərarı ilə istehsalına və yayımına xitam verilmiş mətbu nəşrin təsisçisinin müəyyən dövr ərzində yeni mətbu nəşr təsis etməsinə qoyulan qadağa aradan qaldırılıb: “Bizim təklifimiz hüquqi məntiqə söykənirdi. Amma belə fikirlər var idi ki, bununla vətəndaşların hansısa peşə fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulur. Buna görə də, həmin müddəa qanundan çıxarılıb”.
Komitə sədri dedi ki, layihəyə edilmiş dəyişikliklər göstərdi ki, hökumətin mövqeyi heç də QHT-lərin durumunun ağırlaşdırılması deyil. “Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, bizim məqsədimiz vətəndaş cəmiyyətinin fəaliyyətinin daha dəqiq tənzimlənməsi və onlara dəstəyin verilməsidir. Azərbaycan hökumət orqanları ilə vətəndaş cəmiyyəti arasında mövcud olan bu sağlam münasibətlər bundan sonra daha da inkişaf edəcək”.
Ə.Hüseynov dedi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərdə heç bir dəyişiklik edilməyib. Yəni, xarici ölkələrin dini ali təhsil ocaqlarını bitirmiş şəxslərin Azərbaycanda imam və axund təyin olunması yasaqlanır. Bundan əlavə, Qafqaz Müsəlmanları İdarəsi dini qurumlara imam və ya axund təyin edərkən onların namizədliklərini müvafiq icra hakimiyyəti orqanı ilə, yəni, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmalıdır.
Müzakirələrdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirdi ki, qeyri-hökumət təşkilatları Azərbaycanın milli maraqlarına, dövlətçiliyə və cəmiyyətimizin ehtiyaclarına uyğun fəaliyyət göstərməlidirlər. Əli Əhmədov dedi ki, xaricdən maliyyələşən QHT-lərin həyata keçirdiyi layihələr haqqında ictimaiyyət az məlumatlıdır. Onun sözlərinə görə, belə təşkilatların qaçqınların problemlərinin həlli, sosial məsələlər, təhsilin inkişafı ilə bağlı layihələrinə rast gəlmək mümkün deyil. YAP Sədrinin müavini vurğuladı ki, QHT-lər vətəndaş cəmiyyətində vacib amildir. “Amma bu təşkilatlar demokratiyanın inkişafına xidmət göstərməlidirlər. Lakin bəzi QHT-lər yalnız xaricdən donorlar axtarırlar. Vaxt gələcək onlara xaricdən verilən maliyyə də dayanacaq. QHT-lər Azərbaycandan qidalanmalıdırlar. Biz istəyirik ki, QHT-lər cəmiyyətimizin arzusuna uyğun fəaliyyət göstərsinlər. “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna təklif edilən dəyişikliklərin də məqsədi bundan ibarətdir” - deyə Əli Əhmədov qeyd etdi. O, həmçinin, “Dini etiqad azadlığı haqqında” Qanuna təklif olunan dəyişikliklə bağlı bildirdi ki, heç kim dinindən imtina etmir. Sadəcə, məqsəd odur ki, müəyyən dairələr dindən başqa məqsədlər üçün istifadə etməsin.
Müzakirələrdən sonra hər iki qanun layihəsi qəbul edildi.
Xəbər lenti
Hamısına baxSiyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36

