Politoloq: Türkiyə ilə bağlı ədalətsiz qərar AŞPA-nın tarixində üz qaraldıcı məqamdır
27.04.2017 [10:04]
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək haqda verdiyi qərar bütövlükdə bu təşkilatın prinsiplərinə və iş strukturuna tamamilə ziddir. Hər hansı məsələ AŞPA-da müzakirəyə çıxarılmamışdan öncə komitələrdə müzakirə olunmalı və gündəliyə salınması haqda öncədən orada təmsil olunan nümayəndə heyətlərinə məlumat verilməlidir. Ancaq bu prosedurun heç biri həyata keçirilməyib”. Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Türkiyə ilə bağlı monitorinqi bərpa etmək haqda ədalətsiz qərar AŞPA-nın tarixində üz qaraldıcı məqamdır: “Postmonitorinq dövrünə salınan bir ölkənin yenidən monitorinq altına qaytarılması AŞPA tarixində ilk hadisədir. Bu da sübuta yetirir ki, bu fakt Türkiyəyə qarşı həyata keçirilən ardıcıl ədalətsiz kampaniyanın tərkib hissəsidir. Bu kampaniya uzun müddətdir başlayıb. Türkiyədə referendumun keçirildiyi dövrlərdə Avropada qardaş ölkəyə ədalətsiz münasibətin sərgiləndiyinin şahidi olduq. Bu münasibətlər diplomatik normalara heç bir formada uyğun gəlmirdi. Avropa mədəniyyəti bundan ibarətdirsə, qənaətimə görə, Şərq mədəniyyəti daha humanist, daha demokratikdir”.
Siyasi şərhçi bildirib ki, islamafobiyanın Qərbdə köklənməsinin məqsədi Avropanın Yaxın Şərq, İslam ölkələrindəki maraqlarının həyata keçirilməsini təmin etmək üçündür: “Büdcədən ayrılan vəsaitlərin bomba kimi müsəlmanların başına tökülməsi üçün islamafob meyilləri qızışdırırlar ki, siyasətçilər bunun üçün ictimai dəstək qazansınlar. Türkiyəyə qarşı da oxşar meyillər həyata keçirilir. Digər amil isə Türkiyənin müstəqil siyasət yürütməsi ilə bağlıdır. Türkiyənin daxili siyasətinə təsir imkanlarının azalması Avropa ölkələrini qəzəbləndirir və qardaş ölkəyə qarşı bu qəbildən olan kampaniyalar həyata keçirilir”.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

