/ / ÜAK-ın ləğvinə dair qərarın qəbul edilməsi Rusiyadakı anti-Azərbaycan dairələr və erməni lobbisinin fəaliyyətinin nəticəsidir
ÜAK-ın ləğvinə dair qərarın qəbul edilməsi Rusiyadakı anti-Azərbaycan dairələr və erməni lobbisinin fəaliyyətinin nəticəsidir
18.05.2017 [09:50]
Azərbaycan ictimaiyyəti ölkəmizlə Rusiya arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mahiyyətinə zidd olan bu qərarın qəbul olunmasını yolverilməz hesab edir
Məlum olduğu kimi, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərəzli və qeyri-obyektiv xarakterli qərarın qəbul olunması Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıq və narahatlıqla qarşılanıb. Ölkə ictimaiyyətinin konkret mövqeyi budur ki, belə bir qərarın qəbul edilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna - mahiyyətinə ziddir. O da ifadə olunur ki, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Digər tərəfdən, qəbul edilmiş qərar tamamilə subyektiv xarakter daşıyır və görünür ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Ölkə ictimaiyyəti həm də bu rəyi ifadə edir ki, belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, deməli, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür.
Bütövlükdə, Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, bu qərar Rusiyada yaşayan azərbaycanlıların, eyni zamanda, Azərbaycan ictimaiyyətinin çox ciddi narazılığına səbəb olub: “2001-ci ildə bu qurum Ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmışdı. Azərbaycan və Rusiya qonşu dövlətlərdir, strateji tərəfdaşlıq yolunda inkişaf xəttini seçiblər. Belə qurumların, QHT-lərin yaradılması Azərbaycan və Rusiya arasında ənənəvi dostluq və qonşuluq münasibətlərinin daha da inkişafına xidmət edir. Bu, hər iki dövlətin milli maraqlarından irəli gələn bir addımdır. Rusiyada müəyyən anti-Azərbaycan dairələr, xüsusilə də ermənipərəst qüvvələr hər zaman Azərbaycan və Rusiya arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə çalışıblar. Onlar bu inkişafın qarşısını ala biləcək müxtəlif vasitələrə istinad edirlər ki, ölkələr arasındakı dinamikanın qarşısı alınsın və ikitərəfli münasibətlərdə gərginlik ocaqları yaransın”.
Millət vəkili deyib ki, ikitərəfli münasibətlərə kölgə salmaq üçün Rusiyadakı anti-Azərbaycan qüvvələr ÜAK-ın ləğvi istiqamətində fəaliyyətə keçiblər: “Rusiyadakı hakim qüvvələr, Rusiyanın ali rəhbərliyi heç zaman unuda bilməz ki, bu günə qədər Azərbaycan Rusiya əleyhinə beynəlxalq maliyyə-iqtisadi sanksiyalara qoşulmayıb. Bunu görməmək mümkün deyil. Azərbaycan müstəqil siyasət yeridib, heç bir halda qonşusu və strateji tərəfdaşı olan Rusiya ilə münasibətlərinin korlanmasını istəməyib. Ölkəmiz bu günə kimi də bu xəttə sadiqdir. Hesab edirəm ki, Rusiyanın ali rəhbərliyi bu reallıqdan çıxış edərək ədalətsiz qərarın aradan qaldırılması istiqamətində müvafiq təşəbbüslər göstərəcək”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, ÜAK-ın ləğvi ilə bağlı qərarın qəbul edilməsi Azərbaycan və Rusiya arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinə ziddir: “Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Digər tərəfdən, Azərbaycanın son dövrlər Rusiyaya qarşı olan təzyiq xarakterli sanksiyalara qoşulmaması reallığını da xüsusi olaraq nəzərə almaq lazımdır”.
B.Quliyev deyib ki, Rusiyada fəaliyyət göstərən milli azlıqların, bəzi millətlərin təmsil olunduqları diaspor təşkilatlarının, konqres və ittifaqların fəaliyyətlərinə şərait yaradıldığı halda, Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə bu cür münasibət göstərilməsi, qurumun ləğvinə dair qərarın qəbul olunması yolverilməzdir: “Azərbaycan ictimaiyyəti, Rusiyada yaşayan azərbaycanlılar bu halı ciddi narazılıqla qarşılayırlar. Eyni zamanda, sıralarında 120 mindən çox Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın rus icması bu vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib”.
“Əlbəttə, bütün bu hadisələrin fonunda başlıca məqsəd son dövrlərdə inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirməkdir. Bəllidir ki, bu gün Rusiyada güclü erməni lobbisi fəaliyyət göstərir və ölkələrimiz arasında münasibətlərin inkişafı onları ciddi şəkildə narahat etməyə başlayıb. Ona görə də Rusiyadakı anti-Azərbaycan, ermənipərəst dairələr və erməni lobbisi hərəkətə keçib”, - deyə baş redaktor əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

