/ / "Bir millət-iki dövlət: münasibətlərin inkişafında Heydər Əliyev fenomeni - gənc liderlərin gözü ilə"
"Bir millət-iki dövlət: münasibətlərin inkişafında Heydər Əliyev fenomeni - gənc liderlərin gözü ilə"
11.07.2009 [10:06]
Dünən Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ümummilli lider Heydər Əliyevin ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsinin 40-cı ildönümü münasibətilə “Bir millət-iki dövlət: münasibətlərin inkişafında Heydər Əliyev fenomeni - gənc liderlərin gözü ilə” mövzusunda konfrans keçirib. Konfrans iştirakçıları öncə Fəxri Xiyabana gedərək Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
YAP Gənclər Birliyinin sədri Ramil Həsənov tədbirdə çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafındakı xidmətlərindən danışıb. O, bildirib ki, ümummilli liderimizin təşəbbüsü ilə inşa edilmiş “ümid” körpüsü sıx münasibətlərin təməlini qoyub. R.Həsənovun sözlərinə görə, bu gün hər iki ölkə arasındakı münasibətlər qürurvericidir.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyi sədrinin birinci müavini İsmayıl Karaosmanoğlu öncə qeyd edib ki, təmsil etdiyi partiya ilə YAP-ın yaxşı münasibətləri var. Partiyaların gənclər birlikləri də geniş əməkdaşlığa malikdir. Ulu öndər Heydər Əliyevin “bir millət-iki dövlət” kəlamını xatırladan İ.Karaosmanoğlunun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri digər dövlətlərlə müqayisəolunmaz dərəcədə yüksəkdir. O, deyib ki, məhz ümummilli lider Heydər Əliyevin əməyi sayəsində dövlətlərimizin bugünkü yüksək səviyyəli birliyi yaranıb. “Xalqlarımız əsrlər boyu bir olub, çətin və xoş günlərimizdə birlik nümayiş etdirmişik. Türkiyənin azadlıq mücadiləsində xeyli sayda azərbaycanlı qardaşlarımız iştirak edib və şəhid olublar. Bu gün çanaqqala məzarlığını ziyarət edərkən hətta 16 yaşında döyüşmüş azərbaycanlı adına da rast gəlmək olar. Eləcə də, 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə azadlıq uğrunda Nuru Paşanın rəhbərliyi ilə türklər qan tökdülər” - deyən İ.Karaosmanoğlu qeyd edib ki, bu tarix məhz bizim birliyimizin əzəmətini təcəssüm etdirir. Hazırda Azərbaycanın sürətlə inkişaf etdiyini deyən qonaq Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın uğurları Türkiyəni çox sevindirir: “Azərbaycan ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin əsəridir. Amma Türkiyə və Azərbaycanın ümumi erməni problemi var. Ermənilər hər zaman bizə qarşı təxribatlar edir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bizim ermənilərə qarşı mübarizəmiz də eynidir və bundan sonra da belə olmalıdır”.
Millət vəkili Qənirə Paşayeva çıxışında Azərbaycan və Türkiyənin qardaşlığının əbədi olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən Q.Paşayevanın sözlərinə görə, ümummilli liderimiz nəinki Azərbaycanın, bütövlükdə türk dünyasının qarşısında misilsiz xidmətlər göstərib: “Hələ Sovetlər hakimiyyəti dövründə Azərbaycanda milli şüurun oyanması da Heydər Əliyevin adı ilə bağlıdır. O zaman ziyalılarımız, şairlərimiz, yazıçılarımız Ulu öndərimiz tərəfindən himayə olundu. Və onlar da milli ruhumuzu oyadan əsərlər yaratdılar. Bundan əlavə, müstəqillik dövründə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi. Ulu öndərimizin “bir millət - iki dövlət” platforması gələcək nəsillərimiz üçün də vacib amildir. Həmçinin, Heydər Əliyevin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri Türkiyə və Azərbaycanı dünyanın əhəmiyyətli dövlətlərinə çevirib”.
Q.Paşayeva vurğulayıb ki, ümummilli liderimiz türk dünyasının bir-birinə yaxınlaşmasının təməlini də qoyub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlətin gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan və Türkiyə gənclərinin də sıx işbirliyi, əlaqələri yaradılıb.
Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov Azərbaycanda xeyli sayda gənclər təşkilatının fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, dövlətin gənclər siyasəti nəticəsində bu sahədə ciddi inkişaf baş verib və hazırda güclü intellektual potensiala malik Azərbaycan gəncliyi formalaşıb. Millət vəkili qeyd edib ki, bu uğurun əsasını Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət təşkil edir.
“İrəli” İctimai Birliyinin rəhbəri Ceyhun Osmanlı çıxışında bildirib ki, ümummilli liderimizin “bir millət-iki dövlət” konsepsiyası zaman keçdikcə daha geniş elmi araşdırmaların predmeti olacaq. Məhz bu konsepsiya əsasında dünya türk birliyinin formalaşdığının şahidi olur.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyi sədrinin müavini Fatih Arslan isə deyib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Azərbaycan bu gün uğurla inkişaf edir. O, bildirib ki, Heydər Əliyev Türkiyə üçün də böyük önəm kəsb edən mühüm layihələrin müəllifidir. “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hansı əhəmiyyətə malik olduğunun şahidiyik. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşası gələcəkdə Azərbaycanın Avropaya çıxışını asanlaşdıracaq. Bu əzəmətli layihələr Ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir” - deyə Fatih Arslan vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

