/ / Bahar Muradova: Problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq lazımdır
Bahar Muradova: Problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq lazımdır
11.07.2017 [09:25]
Problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Parlament Assambleyasının iyulun 8-də Minskdə keçirilən 26-cı ənənəvi sessiyasında ümumi müzakirələr zamanı söyləyib.
B.Muradova deyib: “Mən bir daha sizin diqqətinizi Ermənistan-Azərbaycan silahlı qüvvələrinin qarşıdurma xəttində Azərbaycanın dinc sakinlərinin, o cümlədən iki yaşlı qızın öldürülməsi ilə nəticələnən son eskalasiyaya cəlb etmək istərdim.
Beynəlxalq hüququ və insan hüquqlarını kobud şəkildə pozan bu hadisə dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayıb. Bu da sevindirici haldır. Minsk qrupunun həmsədrləri olan ölkələr bu hadisəni pisləyiblər və onu danışıqlar prosesi əleyhinə yönəlmiş təxribat adlandırıblar. ATƏT-in Avstriya nümayəndəliyi, BMT-nin Baş katibi, Avropa Parlamentinin nümayəndələri olan bəzi ölkələrin xarici işlər nazirlikləri, AŞPA, bir sıra deputatlar, ictimai və din xadimləri də bunu pisləyiblər və belə bir hadisənin yolverilməzliyini vurğulayıblar.
Fürsətdən istifadə edərək, hamımızın bölüşdüyü bəşəri dəyərlərin bu şəkildə pozulmasına laqeyd qalmayan hər kəsə təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, bizim Parlament Assambleyası da bununla əlaqədar öz prinsipial mövqeyini bildirməlidir. Belə hadisələrin təkrarlanmaması üçün bu, çox vacibdir.
Dünya ictimaiyyətinin reaksiyası fonunda Ermənistan tərəfinin bu hadisəyə münasibəti təəssüf doğurmaya bilməz.
Alxanlı kəndində guya Azərbaycan Silahlı Qüvvələrinin atəş nöqtələrinin yerləşməsi və Azərbaycanın öz vətəndaşlarından guya hədəf kimi istifadə etməsi barədə bəyanatlar cəfəngiyatdır və təhlükəli tendensiya olduğunu göstərir.
Bu cür dəlillər bizə Xocalı soyqırımı dövründən məlumdur.
Məlumat üçün qeyd edim ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və KİV nümayəndələri atəşə tutulmuş Alxanlı kəndinə gedərək, bu kənddə Azərbaycan ordusunun heç bir atəş nöqtəsinin yerləşmədiyinin şəxsən şahidi olublar.
Bu hadisənin Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin aparıldığı və məcburi köçkünlərin ora qayıtdıqları bir vaxtda baş verməsi göstərir ki, bu provokasiya təsadüfən törədilməyib. Ermənistan məcburi köçkünlərin geri qayıtmasının qarşısını hər vasitə ilə almağa çalışır və cəbhə xəttində yaşayan əhalini doğma yurd-yuvalarından qovmaq məqsədi güdür.
Belə bir vaxtda bütün müvafiq strukturlar məsuliyyət nümayiş etdirməli və regionda onsuz da mürəkkəb olan vəziyyətdə arzuolunmaz inkişafa aparan mümkün provokasiyaları dayandırmaq və problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq üçün münaqişənin dayanıqlı həllinə yönələn səylərini birləşdirməlidirlər”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

