Elmar Məmmədyarov: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu ilin sonunadək yekunlaşacaq
20.07.2017 [09:31]
İyulun 19-da Bakıda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün əhəmiyyətindən danışıb, bir sıra önəmli məsələlərin müzakirə olunduğunu bildirib. Nazir deyib ki, Azərbaycan, Türkmənistan və Türkiyə arasında çox maraqlı böyük layihələr mövcuddur.
Bu il Azərbaycan-Türkiyə və Azərbaycan-Türkmənistan diplomatik əlaqələrinin 25 illiyinin qeyd edildiyini xatırladan Elmar Məmmədyarov deyib ki, üçtərəfli görüşdə həyata keçirilən birgə layihələr, siyasi, iqtisadi əlaqələrin dərinləşdirilməsi, mədəniyyət, humanitar, nəqliyyat sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. Nazir Aşqabadda qəbul edilmiş 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə Proqramına toxunub, bu yol xəritəsinin əhəmiyyətini qeyd edib, bəzi məsələlərin artıq həllini tapdığını bildirib. “Çox güman ki, növbəti görüşə Türkmənistan ev sahibliyi edəcək. 2018-2020-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığının yeni yol xəritəsinin hazırlanması üzərində ekspertlər səviyyəsində işin başlanması üçün artıq tapşırıqlar verilib”, - deyə E.Məmmədyarov əlavə edib.
Nazir həmkarlarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə də geniş məlumatlandırdığını bildirib, görüşün yekununda Bakı Bəyannaməsinin imzalandığını vurğulayaraq deyib: “Biz Xəzər tranzit keçidləri üzrə birgə texniki komitənin iclaslarını keçirmişik. Həmçinin ölkələrimiz arasında dəmir yolları səviyyəsində danışıqlar aparılıb, o cümlədən nəqliyyat nazirləri, dəniz limanlarının, gömrük komitələrinin rəhbərləri, sərhədçilər səviyyəsində görüşlər keçirilib. Bəzi məsələlər artıq öz həllini tapıb. Deyə bilərəm ki, bu, ildən ilə daha da gücləndiriləcək. Mövlud bəyin söylədiyi kimi, Bakı-Tbilisi-Qars layihəsinin tikintisi bu ilin sonunadək yekunlaşacaq və əlbəttə, böyük imkanlar açılacaq”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da görüşdə regional mövzuların, habelə üç ölkə arasında bir çox sahələrdə, o cümlədən diplomatik, iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair məsələlərin müzakirə olunduğunu qeyd edib. “Bugünkü görüşümüzdə Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığının gücləndirilməsi, beynəlxalq əlaqələrimizin, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində münasibətlərimizin genişləndirilməsi yollarını müzakirə etdik. Ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələri də çox önəmlidir. Bu əlaqələri genişləndirmək üçün güclü potensial var”, - deyə M.Çavuşoğlu vurğulayıb.
Türkiyəli nazir deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun sınaq müddəti başlayır. Layihə tamamlanıb, çatışmazlıqlar həllini tapıb və bu il ərzində artıq səfərlər başlayacaq. Amma ölkələrimiz arasında həyata keçiriləcək layihələr çoxdur. Limanlarla bağlı layihələr də var.
“Mən, həmçinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə ermənilərin xaincəsinə hücumu nəticəsində şəhid olan uşağa Allahdan rəhmət diləyirəm, şəhid olanların ailələrinə və qardaş Azərbaycan xalqına da başsağlığı verirəm. Biz Ermənistanın beynəlxalq hüquq çərçivəsində hərəkət etməsini və bu cür təhrikedici hücumlardan əl çəkməsini tələb edirik. Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmalıdır. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Biz beynəlxalq aləmi, Minsk qrupunu daha fəal olmağa çağırırıq. Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər bir dəstəyi verməyə hazırdır. Mən, həmçinin Türkiyədə ötən il baş vermiş xain dövlət çevrilişi cəhdinin ildönümündə dost və qardaş Türkmənistana və Azərbaycana bizlərə verdikləri dəstəyə görə təşəkkür edirəm”, - deyə M.Çavuşoğlu əlavə edib.
Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov qeyd edib ki, görüşdə bir sıra önəmli məsələlər, o cümlədən enerji, ticarət və mədəniyyət sahələrində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb. Nazir deyib: “Biz iqtisadi, siyasi, energetika, mədəniyyət sahələrində münasibətləri genişləndirmək niyyətindəyik və nəzərdə tutulanların hamısını həyata keçirməyə hazırıq. Bugünkü görüşdə müzakirə olunan məsələlərdən biri də dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan birinci üçtərəfli Zirvə görüşü ilə bağlı idi. Nazir Məmmədyarov da qeyd etdiyi kimi, bu il Türkmənistan-Azərbaycan və Türkmənistan-Türkiyə diplomatik əlaqələrinin 25 ili tamam olur. Biz bu əlaqələrə böyük əhəmiyyət veririk”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

