Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan mətbuatında senzuranın ləğvindən 11 il ötdü

Azərbaycan mətbuatında senzuranın ləğvindən 11 il ötdü

07.08.2009 [02:47]

Ulu öndər Heydər Əliyev 1998-ci il avqustun 6-da senzuranı ləğv etməklə  müstəqil mətbuatın və azad sözün qarantı olduğunu bir daha sübut etdi
134 yaşlı Azərbaycan mətbuatı tarixin bütün dövrlərində müəyyən problemlərlə, çətinliklərlə üzləşib. Bəzən qəzetçiliyin inkişafı üçün münbit bir mühitin yoxluğu, bəzən qeyri-peşəkarlıq, bəzən isə dövr və onun tələbləri müstəqil Azərbaycan mətbuatının inkişafına maneçilik törədib. Bu 134 illik yola diqqətlə nəzər saldıqda milli mətbuatın inkişafını bir neçə dövrə ayırmaq olar. 1875-1920-ci illər Azərbaycanda milli mətbuatın formalaşması dövrü kimi xarakterizə olunur. 1875-ci ildə “Əkinçi” ilə əsası qoyulan bu dövrdə ilk mətbuat nümunələri formalaşmağa başladı. Azərbaycan milli maarifçiləri və Xalq Cümhuriyyətinin tanınmış ictimai xadimləri dövrün ictimai-siyasi, mədəni inkişafının əsas istiqamətlərini müəyyənləşdirdilər, xalq arasında maariflənmə prinsipinin formalaşdırılmasına kömək göstərdilər. Uzun bir dövrdə rus imperiyasının işğalı altında yaşayan, heç bir hüquqa malik olmayan bir xalqın oyanmasında, milli mənəviyyatın dirçəldilməsində, dövlət və millət anlayışlarının miqyasının genişləndirilməsində o dövrün mətbuatının əvəzsiz rolu oldu. Məhz həmin dövrdə Azərbaycan maarifçiliyinin, mətbuatının aparıcı şəxsiyyətləri formalaşdı. Bu dövr ərzində Azərbaycanda jurnalistikanın və publisistikanın inkişafı ən yüksək nöqtəsinə çatdı. Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, üzeyir Hacıbəyov, Əhməd Cavad, Ceyhun Hacıbəyov,  Əlimərdan bəy Topçubaşov kimi o dövrün məşhur insanları məhz mətbuat vasitəsilə xalqın maariflənməsinə, hüquqlarını əldə etməsinə yardımçı olurdular. O dövr üçün Azərbaycan mətbuatının rolu ictimai mühitin formalaşdırılması baxımından böyük əhəmiyyətə malik idi.
Sovet hakimiyyətinin qurulması ilə müstəqilliyi əlindən alınan, yalnız imperialist rejimin təbliğat ruporuna çevrilən, bəzi hallarda isə hətta mətbuatdan çox istintaq rolunu oynayan Azərbaycan jurnalistikası birtərəfli şəkildə inkişaf etməyə başladı. Bu dövrün mətbuatı azad olmasa da, peşəkarlığın inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətli idi. Dövrün vahid ideologiyasının tərkib hissəsinə çevrilən mətbuatın işi əksər hallarda insanları bu ideologiya ətrafında birləşdirməklə məhdudlaşırdı. Əgər 1920-ci ilə qədər olan dövrü əhatə edən Azərbaycan mətbuatı müstəqilliyə, azad fikirin ifadəsinə, xalqın maarifləndirilməsinə istiqamətlənmiş ideyaları özündə əks etdirməklə seçilirdisə, sovet dövrünün jurnalistikası peşəkarlığın inkişafında mühüm rol oynadı. Təbii ki, bu mənada 1969-cu ildən sonrakı dövrü xüsusi olaraq vurğulamaq lazımdır. O baxımdan ki, məhz həmin ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafına təsir göstərdi. Həmin illərdə ali təhsil ocaqlarında Azərbaycan dilinin yüksək səviyyədə tədrisi, jurnalistika fakültəsində tədrisin daha yüksək səviyyəyə çatdırılması kimi tədbirlər görüldü. Bu isə milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadı.
1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması və müstəqilliyin əldə olunması ilə milli mətbuatımızın da həyatında mühüm dəyişikliklər baş verdi. Amma bu dəyişikliklər ilk illərdə heç də arzulanan istiqamətdə inkişaf etmədi. Sovet totalitarizminin ab-havası hələ də Azərbaycanda hakim idi və hakimiyyətə gələn AXC-Müsavat cütlüyü də mətbuata qarşı analoji sovet düşüncəsi ilə yanaşırdı. 70 il Sovet ideologiyasının təbliğatçısı olmağa məcbur edilən Azərbaycan mətbuatı artıq hakimiyyətdə olan qrupun mənafeyini qorumalı idi. Bu isə müstəqil fikrin, azad sözün yaranmasının    qarşısını alırdı. ölkədə müharibə şəraitinin olması isə müstəqil mətbuatın yaranmasına daha çox mane olurdu. ölkədə hərbi senzura tətbiq olunurdu. 1992-ci ildə və 1993-cü ilin aprelində Azərbaycan hakimiyyətinin qəbul etdiyi qərarlar bu senzuranın daha da güclənməsinə rəvac verdi.
ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi parçalanmaqda, məhv olmaqda olan Azərbaycanı xilas etdi. Böyük anlamda Azərbaycan xilas oldusa, bunun fonunda Azərbaycan mətbuatı öz müstəqilliyinə qovuşdu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təminatı, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə səbəb oldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı. 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Müstəqil mətbuatın yaranması, azad sözün, demokratiyanın inkişafı baxımından ən böyük addımlardan biri, bəlkə də ən böyüyü 1998-ci il avqustun 6-da atıldı. Düz 11 il öncə ölkədə senzuranın ləğvi ilə bağlı fərman verildi. Senzuranın ləğvi ilə Azərbaycanda mətbuatın həyatında yeni bir səhifə açıldı və bu səhifə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. İmzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman,  ümumiyyətlə, mətbuatın ciddi inkişaf mərhələsinin başlanğıcı kimi xarakterizə oluna bilər. Senzuranın ləğvi Azərbaycanda milli mətbuatın demokratik inkişafı ilə bağlı dövlət qayğısının bariz nümunəsi idi. Mətbuat bütün senzura tətbiqedici mexanizmlərdən azad oldu. Ardından isə dövlət mətbuatın inkişafına bütün imkanlarını yönəltməyə başladı. Məhz senzuranın ləğvi ilə başlanan müstəqil mətbuatın formalaşdırılması istiqamətindəki iş daha yüksək səviyyədə davam etdirildi. Qəzetlərin dövlət nəşriyyatına olan borclarının ləğvi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət yardımları, mətbuatın vergidən azad olunması, kreditlərin verilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan mətbuatının inkişafına əhəmiyyətli təsir göstərdi.
Ulu öndər Heydər Əliyev senzuranı ləğv etməklə müstəqil mətbuatın, azad sözün qarantı olduğunu bir daha sübut etdi. ölkəmizdə mətbuatın ictimai mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına güclü təkan verən bu Fərman mətbuatın gələcək inkişafında da mühüm rol oynadı.
ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında xüsusi rol oynayan Şəxsiyyətdir. Ulu öndərimiz mətbuatın inkişafı ilə yanaşı cəmiyyətdə jurnalistlərə yanaşma tərzinin dəyişməsinə də nail oldu. Bunun nəticəsi idi ki, ümummilli liderimiz Heydər Əliyev “Jurnalistlərin dostu” adına layiq görüldü.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb, şöhrət tapıb. Mətbuata Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması mətbuatın inkişafına zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edilməsi Prezident İlham Əliyevin mətbuata xüsusi diqqətinin bariz nümunəsidir. Bundan başqa, Prezident İlham Əliyev hər zaman azad sözün qorunması, inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Demokratik cəmiyyətə malik Azərbaycan mətbuatı müasir standartlara tam uyğunlaşıb və bu istiqamətdə də inkişaf edir. Bunun nəticəsidir ik, hazırda ölkəmizdə 3 min 500-dən çox kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Onların əksəriyyəti qəzet və jurnal, 30-dan çoxu informasiya agentliyi, 44-ü elektron kütləvi informasiya vasitəsidir. Azərbaycanda 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya fəaliyyət göstərir.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1184 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31