Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
11.08.2009 [00:29]
Qonağı Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edən Ali Məclisin sədri Muxtar Respublikanın statusu, coğrafi mövqeyi, iqtisadiyyatı, elm və təhsil müəssisələri haqqında məlumat verib.
Qeyd olunub ki, Türkiyə ilə Azərbaycanın yeganə quru sərhədi Naxçıvan Muxtar Respublikasında yerləşir. 1992-ci il may ayının 28-də, Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə Türkiyənin Baş naziri Süleyman Dəmirəllə birgə Sədərək-Dilucu körpüsünü açıblar. O zamandan bəri bu körpü bir millət, iki dövlətə xidmət edir. Həmin dövrdə, eyni zamanda, 92 kilometr İğdır-Naxçıvan elektrik xətti çəkilib, Naxçıvana elektrik enerjisi verilməyə başlanıb, nəqliyyat əlaqələri genişlənib. Hazırda hər gün 10-12 sərnişin avtobusu Naxçıvandan Türkiyəyə gedir, 50-yə yaxın taksi Türkiyə ilə Naxçıvan arasında nəqliyyat xidməti göstərir. Türkiyə-Asiya-Avropa fiberoptik kabel magistralının İran ərazisindən keçməklə Bakı-Naxçıvan seqmenti tamamlanıb, 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində 134 kilometrlik yüksək ötürücülük qabiliyyətinə malik fiberoptik kabel çəkilərək İran və Türkiyə şəbəkələrinə birləşdirilib. Bu, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasında Türkiyədən 46 sahibkar fəaliyyət göstərir və öz ətrafında 532 türk vətəndaşını birləşdirir. Onlardan 62 nəfəri öz ailəsi ilə birlikdə Naxçıvanda yaşayır.
Vurğulanıb ki, Naxçıvanın ağır günlərində Türkiyə tərəfindən bölgəyə hər gün 40-50 meqavat enerji verilirdi. Bu gün isə Naxçıvandan Türkiyəyə hər gün 16-17 meqavat elektrik enerjisi ötürülür. Elektrik enerjisinin ixracına başlanandan bu il avqustun 1-dək Türkiyəyə verilən enerjinin həcmi 167 milyon kilovat-saatdan çoxdur. Enerji verilişi davam etdirilir. Gələcək illərdə onun həcmi daha da artırılacaqdır. Ticarət əlaqələrimiz ildən-ilə artır. Cari ilin 6 ayı ərzində 32 milyon dollarlıq ticarət dövriyyəmiz olub. ötən 6 ayda Türkiyədən Naxçıvana 22 min, Naxçıvandan isə Türkiyəyə 23 min nəfər gedib-gəlib.
Qeyd edilib ki, təhsil sahəsində də yaxşı əlaqələrimiz var. Naxçıvanda 3 türk liseyi fəaliyyət göstərir. Ordubad qız liseyində 150, Naxçıvanda və Şərur türk liseylərində isə 503 şagird təhsil alır. Şagirdlərin təhsili ilə 70 müəllim məşğul olur ki, onlardan 31-i Türkiyə vətəndaşıdır. Naxçıvan Dövlət Unversitetində 210 türkiyəli tələbə, Türkiyənin ali məktəblərində isə 156 naxçıvanlı gənc təhsil alır.
Qarşılıqlı əlaqələrimiz getdikcə inkişaf edir. Bu da Ulu öndərimizin söylədiyi “bir millət iki dövlət”, böyük Atatürkün dediyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyimlərindən qaynaqlanır. Bu gün də hər iki ölkənin rəhbərləri bu prinsipləri fəaliyyətlərində əsas tutaraq, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə xidmət edirlər. Nəticədə qısa müddət ərzində 1773 kilometrlik Bakı-Tbilisi-Ceyhan neft kəməri, 970 kilometrlik Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə düşüb, 800 kilometr uzunluğunda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdirilir və digər tədbirlər həyata keçirilir. Ən əsası isə, 2008-ci ilin iyunun 4-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri, burada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşləri, əldə olunan razılaşmalar, qarşılıqlı anlaşmalardır ki, bu da Azərbaycan-Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin əlaqələrinin daha da genişləndirilməsində yeni mərhələ açıb. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16

