Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qlobal Bakı Forumu çərçivəsində “İnternetin üstünlükləri və yaratdığı çətinliklər” mövzusunda müzakirələr aparılıb

Qlobal Bakı Forumu çərçivəsində “İnternetin üstünlükləri və yaratdığı çətinliklər” mövzusunda müzakirələr aparılıb

17.03.2018 [09:26]

Altıncı Qlobal Bakı Forumu çərçivəsində “İnternetin üstünlükləri və yaratdığı çətinliklər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forum çərçivəsində aparılan bütün müzakirələrin xüsusi önəm kəsb etdiyini və çox aktual mövzulara həsr olunduğunu söyləyib. O bildirib ki, müzakirələr zamanı çox faydalı ideyalar, təkliflər səslənir. Forumun aktual mövzularından biri də “İnternetin üstünlükləri və yaratdığı çətinliklər”dir.
Tədbirdə çıxış edən “Google” şirkətinin vitse-prezidenti Vinton Serf mövzunun doğrudan da çox aktual olduğunu söyləyib. O, internetin yaranma tarixindən, onun yayılmasından, müsbət və mənfi tərəflərindən danışıb. Qeyd edib ki, bu gün insan həyatının hər bir sahəsinə təsir göstərən kibertəhlükəsizlik bütün dünyada gündəmdə olan əsas məsələlərdən biridir.
Vinton Serf, həmçinin müasir texnologiyaların, müxtəlif innovasiyaların cəmiyyətə təsiri, eləcə də sosial şəbəkələr, kriptovalyutalar barədə fikirlərini bölüşüb, “Google” şirkətinin fəaliyyəti, aparılan son islahatlar barədə məlumat verib, sualları cavablandırıb.

Paylaş:
Baxılıb: 656 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30