Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Giorgi Kvirikaşvili: Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır

Giorgi Kvirikaşvili: Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır

22.03.2018 [09:46]

Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır. Bizim xalqlarımız tarixən dost, qardaş, sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birilərinə arxa və dayaq olublar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Novruz bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb. Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub.
Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır. Biz bir ölkənin insanlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar, sevincli və kədərli günlərdə bir-birilərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir.
Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən Baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirib: “Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır”.

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30