/ / Hikmət Babaoğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradır
Hikmət Babaoğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradır
27.04.2018 [09:30]
Prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsi iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoydu. Prezident iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirdi ki, bizi birləşdirən qədim və yeni tarix var. Tərəddüdsüz olaraq qeyd edə bilərik ki, əgər bu tarixin qədim dövrünü əcdadlarımız, müstəqilliyimizin ilk illərində böyük dövlət xadimi Heydər Əliyev qurubsa, ən yeni siyasi tariximizdə Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə qurucusu məhz İlham Əliyevdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, bu münasibətlər xalqlarımızın milli maraqlarına və ortaq mənafelərinə əsaslanır. O vurğulayıb ki, hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan əlaqələri regionda sabitləşdirici rol oynayır. Bu əlaqələr işğalçı Ermənistan istisna olmaqla digər bütün region ölkələri üçün mühüm əməkdaşlıq platformasıdır. Türkiyə-Azərbaycan əməkdaşlığı regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi ciddi strateji çəkiyə malik layihələr Türkiyəni mühüm infrastruktur dəhlizinə çevirib. Qardaş ölkə bu mühüm enerji və nəqliyyat layihələrindən bəhrələnməklə, həm tranzit məkanına çevrilib, həm də bu layihələrdə pay sahibi olub. Türkiyə 40 milyard dollarlıq “Cənub Qaz Dəhlizi” layihəsinin üçüncü seqmentinin inşasına ev sahibliyi etməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevrilib. Bu da qardaş ölkədə yüksək qiymətləndirilir. Bundan başqa, Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard, Türkiyə isə ölkəmizin iqtisadiyyatına 12 milyard dollar həcmində sərmayə qoyub. Əldə edilən bu mühüm nailiyyətlər yeni perspektivlər yaradır. Bütün bu məsələlər daha sıx əməkdaşlığı və daha dərin inteqrasiyanı şərtləndirir. Ona görə də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasında bütün bu məsələlər ətraflı müzakirə edildi, xeyli sayda müqavilə imzalandı. Diqqət etsək, bu müqavilələr sosial-iqtisadi sahədən başlamış elmi-mədəni sahəyə, hətta hərbi-strateji sahəyə qədər olduqca geniş sektorları əhatə edir.
Milli Məclisin deputatı Prezident İlham Əliyevin bir fikrini xatırladaraq bildirib ki, Türkiyə hazırda dünya miqyasında bir gücdür, onun çox inkişaf etmiş müdafiə sənayesi var. Ona görə də iki ölkə arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi məhsullarının əldə edilməsi ilə də bağlı müqavilələr imzalandı və bunlar Azərbaycanın hərbi-siyasi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, Azərbaycan və Türkiyə öz təhlükəsizliklərini təmin etmək üçün terrorizmə qarşı da birgə mübarizə aparırlar. Bu mövzuda danışan Prezident İlham Əliyev bildirib ki, Türkiyənin uğurla həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı həm də bizim məsələ idi. Doğrudan da bu əməliyyat nəticəsində çoxsaylı terrorçu zərərsizləşdirilməsəydi bir müddət sonra terrorçu Ermənistan vasitəsilə ölkəmizdə də terror aktlarının həyata keçirilməsi ehtimalları istisna deyildi. Bütün bunlar və buna bənzər çoxsaylı strateji məsələlər iki ölkənin öz təhlükəsizliklərini birlikdə təmin etmələri zərurətini yaradır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan da bu istiqamətdə addımlar ataraq XXI əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradırlar.
Xəbər lenti
Hamısına baxElm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18

