Ulu öndər Heydər Əliyevin xatirəsi Siyasi Sənədlər Arxivində anılıb
03.05.2018 [09:47]
Mayın 2-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan anım tədbiri keçirilib. Tədbir çərçivəsində, həmçinin Siyasi Sənədlər Arxivinin nəşr etdirdiyi “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (1969-cu il iyul - 1982-ci il noyabr)” ikicildliyinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları arxivin foyesində yenilənmiş stendlərdə Ulu öndərin ömür yolunu əks etdirən sərgi ilə tanış olub, büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə Siyasi Sənədlər Arxivinin direktoru vəzifəsini icra edən Elmira Ələkbərova çıxış edərək Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışıb. Qeyd edib ki, Azərbaycan xalqının ictimai-siyasi və milli mənəvi həyatında Heydər Əliyev dühasının əvəzsiz rolu olub. Tariximizin dərindən öyrənilməsinə xüsusi önəm verən Ulu öndərin arxiv işinin formalaşmasında, onun müasir tələblər səviyyəsində qurulmasında əvəzsiz xidmətləri olub. Tarixi keçmişimizin həqiqətlərini özündə əks etdirən, qaranlıq səhifələrə işıq tutan sənədlərin qorunub-saxlanılaraq gələcək nəsillərə çatdırılmasının zəruriliyinin ön plana çəkilməsi böyük şəxsiyyətin uzaqgörənliyinin nəticəsidir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə bildirib ki, hər bir yaşanan günün qeydə alınmasının çox böyük əhəmiyyəti var. Bu baxımdan Siyasi Sənədlər Arxivi xalqımız üçün böyük bir xəzinədir, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində etibarlı və zəngin mənbədir.
Ümummilli liderlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə deyib ki, Azərbaycan xalqı Heydər Əliyev kimi lideri olduğu üçün çox xoşbəxtdir. Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qoruyub, onun inkişafı naminə misilsiz işlər görüb. Ulu öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürülərək əbədi yaşayacaq.
“Heydər Əliyevin hələ gənc yaşlarından ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. Deyərdim ki, bu arzudan qaynaqlanan qüvvə və inam sayəsində müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyev illər sonra müstəqil Azərbaycan Respublikasını qurub yaratdı. Xoşbəxtəm ki, bu böyük şəxsiyyətlə, ömrünü xalqına həsr edən insanla birgə işləmək mənə də nəsib olub. Ulu öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanardı. Onun görüşlərində, xarici səfərlərində qeydlərimi aparmışam, çıxışları daim böyük maraqla, sevilərək dinlənilirdi. Hər bir azərbaycanlı Onu sevirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən Ulu öndər hər bir azərbaycanlının Ona olan sevgisini duyur, kövrəlirdi. Gəncləri çox sevərdi və həmişə deyərdi ki, gənclər bizim gələcəyimizdir. Hər bir azərbaycanlı gənc bunu yüksək qiymətləndirməli, Onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. Ulu öndər böyük məktəb, ensiklopediya idi. O, Azərbaycanla fəxr edirdi. Ümummilli liderin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, ölkəmizin inkişafı naminə böyük işlər görür”, - deyə Prezidentin köməkçisi Dilarə Seyidzadə vurğulayıb.
Milli Məclisin deputatı Musa Qasımlı çıxışında məsul redaktoru olduğu kitabın elmi məziyyətlərindən danışıb, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Vətəni və xalqı qarşısındakı əvəzsiz xidmətlərini bir daha xatırladıb. Bildirib ki, kitabda Ulu öndərin respublikamızda işlədiyi müddətdə Azərbaycanın keçmiş SSRİ-nin xarici əlaqələrində tutduğu yeri və oynadığı rolu əks etdirən sənədlər toplanıb. Kitab tədqiqatçılar, mütəxəssislər üçün faydalı mənbədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Ümummilli lider Heydər Əliyev qadınlarla bağlı dövlət siyasətinə xüsusi önəm verir, bunu prioritet vəzifələrindən biri hesab edirdi. Onun qurultaylardakı çıxışları, səmimi fikirləri, arzuları qadınlarımızı daha da ruhlandırır, onları fəal vətəndaş mövqeyi tutmağa həvəsləndirirdi.
“Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli liderin daim diqqət mərkəzində olub. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, - deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə uşaq siyasəti yeni forma və məzmun alıb, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. İftixar hiss ilə qeyd etmək lazımdır ki, bu gün Onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uğurla davam etdirirlər. Onların fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir. Tarix belə dahiləri tək-tək yetirir. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq”, - deyə komitə sədri qeyd edib.
Tədbirdə Milli Məclisin deputatları Elman Nəsirli, Pərvin Kərimzadə, Fəzail İbrahimli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək, Ümummilli liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən bəhs ediblər, kitabla bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Azərbaycan xalqının əbədiyaşar liderinin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində qazanılan uğurlar minnətdarlıq hissi ilə xatırlanıb.
Sonda Ulu öndərin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

