Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Seçki Məcəlləsi kifayət qədər azad, demokratik və şəffaf seçki keçirilməsinə imkan verir

Azərbaycanın Seçki Məcəlləsi kifayət qədər azad, demokratik və şəffaf seçki keçirilməsinə imkan verir

30.09.2009 [15:47]

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə bildirib ki, “Qarabağ və Respublika Uğrunda Hərəkat”da təmsil olunan siyasi partiyalar bələdiyyə seçkiləri ərəfəsində Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər  edilməsi ilə bağlı təkliflərini Milli Məclis Aparatına təqdim ediblər. Həmin təkliflərdən ibarət qanun layihəsi parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsində müzakirə olunacaq. S.Mirzəyev deyib ki, indiki halda Seçki Məcəlləsinə heç bir əlavə və dəyişikliyə ehtiyac yoxdur. Müxalifətin bələdiyyə seçkilərində blok kimi iştirakı üçün qanunvericiliyə hər hansı düzəlişin edilməsi də mümkün deyil. Azərbaycanın Seçki Məcəlləsi kifayət qədər azad, demokratik və şəffaf seçki keçirilməsinə imkan verir.
Qeyd edək ki, qəbul olunmuş qanunlar əsasında bələdiyyələrin birləşməsi həyata keçirilib və nəticədə 2757 bələdiyyədən 1718-i qalıb. Növbəti bələdiyyə seçkilərinin 2009-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl 1999-cu və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Paylaş:
Baxılıb: 1000 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31