Bakı şəhəri “Ekspo 2025” ümumdünya sərgisinin namizədlik prosesində növbəti mərhələyə adlayıb
16.05.2018 [09:39]
Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi mayın 4-də keçirilmiş iclasının ümumi hesabatını dərc edib. Bu hesabata Bakı şəhərinin 2025-ci ildə ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş Beynəlxalq Sərgilər Bürosunun Qiymətləndirmə Missiyasının rəyi də daxil edilib.
“Bakı Ekspo 2025” Əməliyyat Katibliyindən AZƏRTAC-a bildiriblər ki, 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu Bakı şəhərinin növbəti mərhələyə keçdiyini və finala doğru irəliləməkdə olduğunu qürurla bildirir. Bu ilin noyabrında Parisdə təşkil ediləcək Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında üzv dövlətlər 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.
2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: “Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq”.
Qiymətləndirmə Missiyası ölkə səviyyəsində sərgiyə ev sahibliyi ilə bağlı fikir birliyini və bunun inkişaf strategiyası ilə üst-üstə düşməsini də qeyd edib. Həmçinin “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini olduqca təqdirəlayiq hesab edib və bildirib ki, bu mövzu çoxsaylı ölkələr üçün cəlbedici və mühüm olmaqla bərabər, hazırkı iqtisadi və sosial transformasiyaları və çağırışları nəzərə alır. Bununla yanaşı, Azərbaycanın bu mövzunu təqdim etməsinin məqsədəuyğun olduğu da bildirilib. Qeyd edilib ki, missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə son dərəcə uyğun olduğunu və iştirakçıların cəlb edilməsi üçün güclü potensial təşkil edə biləcəyini güman edir.
Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun sədri Samir Şərifov deyib: “Biz Beynəlxalq Sərgilər Bürosunun İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına təklifimizlə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edirik. Gələn ay Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının Parisdə keçiriləcək 163-cü sessiyası zamanı Beynəlxalq Sərgilər Bürosunun üzvlərinə Bakı şəhərinin namizədliyi ilə bağlı planlarımızı təqdim etməyi səbirsizliklə gözləyirik”.
Beynəlxalq Sərgilər Bürosunun 6 ekspo sərgilərində 18 il ərzində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə üç mükafat qazanmış Azərbaycan ekspo hərəkatına güclü bağlılıq nümayiş etdirir.
Bakı şəhərinin namizədliyi seçilərsə, “Ekspo 2025” ümumdünya sərgisi 2025-ci il mayın 10-dan noyabrın 10-dək altı ay ərzində keçiriləcək. Bu, Beynəlxalq Sərgilər Bürosunun bütün regionda təşkil ediləcək ilk ümumdünya ekspo sərgisi olacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

