Layiqli əməyin təbliği dayanıqlı inkişafın prioritet məsələlərindən biridir
22.05.2018 [09:39]
Mayın 21-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişaf və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını bildirib. Nazir layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. vacib komponentlər üzrə tədbirlərin tripartizm prinsipi əsasında reallaşdırıldığını qeyd edib. O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. Nazir Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə zəngin siyasi dialoq və praktiki əməkdaşlıq gündəliyindən bəhs edib, birgə fəaliyyət müstəvisində görülmüş işləri diqqətə çatdırıb, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həmin problemlərin həllinə doğru qlobal siyasi qətiyyəti ifadə etdiyini bildirib.
“Statistikaya görə, hazırda dünya əhalisinin 800 milyon nəfəri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu gün şəhərlə kənd arasında tarazlıq pozulur, qadınların iş şəraitində çətinliklər var, ekoloji sahədə iqlim dəyişikliklərində baş verən kataklizmlər bir sıra problemlər yaradır. Lakin bütün bunlara baxmayaraq, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində son illər ərzində minimum əməkhaqqı 5,2, orta aylıq əməkhaqqı isə 6,6 dəfə artıb, əhalinin maddi rifah halı yüksəlib. Xüsusi qeyd etmək lazımdır ki, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib, qısa müddət ərzində iqtisadiyyata 230 milyarddan artıq vəsait qoyulub və onların xeyli hissəsi xarici investorlar tərəfindən yatırılıb”, - deyə nazir qeyd edib.
Konfransın “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiyasında çıxış edən Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə aparılan işləri diqqətə çatdırıb. Ə.Əhmədov 8-ci Davamlı İnkişaf Məqsədinin, yəni, tam və məhsuldar məşğulluğa, hər kəs üçün layiqli əməyə nail olunmasının Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin əsas məqsədlərindən biri olduğunu, bu istiqamətdə ölkəmizdə mühüm addımların atıldığını vurğulayıb.
Baş nazirin müavini çıxışında son illər ölkəmizdə 1,9 milyon yeni iş yerinin açıldığını və hər il 1,1-1,2 faiz əhali artımının qeydə alındığını bildirib. “Bu, o deməkdir ki, ölkəmizin əmək bazarına hər il 100 min yeni iş qüvvəsi daxil olur və onların məşğulluğunun təmin edilməsi üçün lazımi tədbirlər görülməlidir”, - deyə Ə.Əhmədov qeyd edib.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayder çıxış edərək Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. O, bu səfərdən və hazırkı konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. Ölkəmizin ötən il BƏT-in İdarə Heyətində təmsil olunmaq hüququ qazandığını qeyd edən Q.Rayder diqqətə çatdırıb ki, dünyada, xüsusən də əmək dünyasında baş verən dəyişiklikərin mahiyyətini anlamaq lazımdır. Həmin proseslərin iş yerlərinin artmasına, yaxud azalmasına səbəb olacağı sualı ortaya çıxır. Eyni zamanda, baş verən dəyişikliklər fonunda bərabərsizliyin artması meyilləri də özünü göstərir. BƏT-in Baş direktoru bu baxımdan əmək dünyasında özünü göstərən proseslərə yanaşmada ilk növbədə sosial ədalətin, işçilərin əmək və sosial hüquqlarının qorunmasına diqqətin, qurumun missiyasının da sosial ədalətlə bağlı olduğunun vacibliyini qeyd edib. Q.Rayder Dayanıqlı İnkişaf Məqsədlərinin bugünkü dünya üçün aktuallığından bəhs edib, Azərbaycanın bu məqsədlərin icrası üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib.
Qeyd olunub ki, konfransın Bakıda keçirilməsi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən fəal siyasətə görə ölkəmizin BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin - layiqli əmək və iqtisadi inkişaf icrası ilə bağlı region üzrə fokus ölkə seçilməsindən irəli gəlir.
Plenar sessiyada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyev, Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhidlər və əlillər naziri Faizullah Zaki mövzuya dair çıxış ediblər.
Sessiyada “Baku Ekspo 2025” ilə əlaqədar videoçarx nümayiş olunub.
Konfransın plenar sessiyası başa çatandan sonra Q.Rayder, S.Babayev, S.Möhbalıyev və M.Musayev kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib.
“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransda “İqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından zəngin olmasını necə təmin etmək olar”, “Qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid”, “Dayanıqlı İnkişaf məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi” mövzularında panel iclasları keçirilib və müvafiq mövzularda məruzə və təqdimatlar edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

