Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
30.06.2018 [09:31]
Muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq Babək rayonunun Şəkərabad kəndində də içməli su və kanalizasiya şəbəkəsi qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 29-da Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı layihə-3” üzrə həyata keçirilib. Kənddə müxtəlif diametrli borularla 16,4 kilometr içməli su xətti çəkilib, 576 evə su verilərək sayğac quraşdırılıb, sakinlər fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunublar. Su şəbəkəsinin üzərində 3 yanğın hidrantı və 3 suboşaldıcı qoyulub. Su Babək qəsəbəsinə gələn ana xətdən götürülərək natrium hipoxloridlə dezinfeksiya olunur və daxili supaylayıcı şəbəkəyə verilir. Şəkərabad kəndində müxtəlif diametrli borularla 15,1 kilometr kanalizasiya xətti də çəkilib, bütün mənzillər şəbəkəyə qoşulub. Aparılan tikinti işləri Şəkərabad kəndini, həmçinin hava limanını, yaxınlıqdakı hərbi hissəni və müəssisələri də əhatə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək deyib: “Su və kanalizasiya sistemlərinin qurulması Şəkərabad kəndinin statusunu artırmış, onu şəhərtipli qəsəbəyə çevirmişdir. Şəkərabad kəndi Babək rayonunun ərazisi olduğu üçün Naxçıvan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə daxil edilməmişdi. Lakin Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi uğurla başa çatdıqdan sonra, əldə olunan qənaət hesabına Şəkərabad kəndinin içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsi də təklif olundu. Layihə ölkəmizin aid qurumları və Asiya İnkişaf Bankı tərəfindən qəbul olunduqdan sonra bu ilin əvvəlindən tikinti işlərinə başlandı və uğurla başa çatdırıldı”.
Ali Məclisin Sədri deyib: “Su və kanalizasiya sistemləri təmizlik və sağlamlıq deməkdir. Bu gün Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ilə yaxınlıqdakı hərbi hissə və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla 5 minə yaxın insan təmiz içməli su ilə təmin olunur, gigiyenik qaydalar qorunur. Bütün bunlar isə Şəkərabad kəndində insanların rahat yaşayışına və sağlamlıqlarının qorunmasına hesablanmış tədbirlərdir. Bu işlər o ölkədə həyata keçirilir ki, həmin ölkədə sabitlik, inkişaf və dövlət-xalq birliyi vardır. Ölkəmizdə həyata keçirilən düzgün siyasi xətt, mövcud sabitlik və iqtisadi inkişaf yaşayış məntəqələrində bu layihələrin uğurla həyata keçirilməsinə imkan verir”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, bir daha sakinləri təbrik edib.
Şəkərabad kənd sakini, ziyalı Sədaqət Mahmudov çıxış edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinin yaşadıldığı müstəqil Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da geniş quruculuq işləri aparılır. Təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələr inkişaf etdirilir. Naxçıvanın tarixi özünə qaytarılır, abidələri bərpa olunur. Ulu öndərimizin “Təhsil millətin gələcəyidir” kəlamı Naxçıvanda uğurla reallaşdırılır. Fəxr edirik ki, yaşayış məntəqələrindəki ən hündür və yaraşıqlı binalar məktəb binalarıdır. Bütün bu işlər Şəkərabad kəndini də əhatə edib, müasir məktəb binası, kənd mərkəzi və xidmət sahələri istifadəyə verilib, kəndin girəcəyində Dövlət bayrağımız ucaldılıb, yeni meyvə bağı salınıb. Dayanıqlı elektrik, qaz və rabitə sistemi qurulub. Bu gün isə kənddə içməli su və kanalizasiya sistemi istifadəyə verilir. Bütün kənd sakinləri adından göstərilən qayğıya görə minnətdarlıq edir, qurulanları qoruyacağımıza söz veririk. Çünki yolumuz ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Biz bu yola sadiqik”.
Ali Məclisin Sədri Şəkərabad kəndinin içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.
Sonra Ali Məclisin Sədri sakinlərlə söhbəti davam etdirərək deyib ki, bu il Şəkərabadda kənddaxili avtomobil yolu da yenidən qurulacaq, asfalt örtük salınacaqdır. Sakinlər də aparılan abadlıq, quruculuq işlərində yaxından iştirak etməli, tikilənləri, qurulanları qorumalı, yaşıllıqların artırılmasına və torpaqların əkilməsinə diqqət yetirməlidirlər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35

