/ / Mariya Zaxarova: Ölkələrimizin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələr çox fəallaşıb
Mariya Zaxarova: Ölkələrimizin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələr çox fəallaşıb
28.07.2018 [09:31]
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova başda olmaqla bu qurumun nümayəndə heyəti xarici siyasətin informasiya təminatı məsələlərinə dair XİN-lərarası məsləhətləşmələr aparmaq üçün Bakıda səfərdədir. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. Mariya Zaxarova səfər çərçivəsində AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
-Siz Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz, yüksək səviyyəli dialoq bu münasibətlərə necə təsir göstərir?
-Ölkələrimiz arasında münasibətlər gözəl inkişaf edir. Bu, tarixən yoxlanılmış və müasir dövrdə inkişaf edən həqiqi dostluq münasibətləridir. Ölkələrimiz arasında münasibətlər bütün sahələrdə - həm humanitar, həm iqtisadi, həm də siyasi sahələrdə inkişaf edir. Sözsüz ki, bütün bunlar, ilk növbədə, ölkələrimizin rəhbərlərinin xidmətidir. Bu münasibətlərə onlar istiqamət verir, onlar bu münasibətləri dinamikləşdirir, necə deyərlər, “saatlarını qururlar”, lakin bununla bərabər, görülmüş işin nəticələrini də yoxlayır və gələcək inkişafın vektorunu müəyyən edirlər.
Bu gün XİN-lərarası məsləhətləşmələrdə bizim toxunduğumuz mövzulardan biri Rusiyanın və rusiyalıların nəzərində Azərbaycanın necə qəbul edilməsi məsələsi idi. Moskvada Azərbaycanı və Bakını sevirlər. Sizin dövlətinizin bütün uğurlarına görə Moskvada sevinirlər. O cümlədən son illərdə Bakının necə dəyişməsini buraya gələnlərin hamısı qeyd edir. Hamı bu barədə bir-birinə danışır. Bu, ikitərəfli münasibətlərin inkişafının bir cəhətidir. Bu münasibətlər təkcə siyasi tərkib hissə üzrə və ya, məsələn, elm, yaxud biznes sahəsində inkişaf etməklə məhdudlaşmamalıdır. Əməkdaşlığın bütün tərəflərinin məcmusu ölkələrimizin xalqları üçün vacibdir. Moskva ilə Bakı arasında münasibətlər məhz bu cür inkişaf edir.
-Avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti keçiriləcək. Siz Xəzərin hüquqi statusu barədə Konvensiya imzalanması perspektivini necə qiymətləndirirsiniz və bu sənəd Xəzəryanı dövlətlər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasında necə əks olunacaq?
-Bizdə belə bir ənənə var: biz Prezident Administrasiyası xətti ilə rəsmən elan edilməyincə dövlət başçısının iştirakı ilə keçirilən sammitləri və tədbirləri şərh etmirik. Buna görə də həmin məsələ məhz Rusiya Federasiyası Prezidenti Administrasiyasının mətbuat xidməti tərəfindən işıqlandırılmalıdır. Lakin əlbəttə, bütün müvafiq sənədlərin, o cümlədən sizin dediyiniz sənədin hazırlanması illər boyu davam edib. Bu iş sadə olmayıb və çox intensiv olub. Məhz ondan ötrü ki, tərəflər regional sabitlik üçün, əlbəttə, iqtisadiyyat və region ölkələrinin inkişafı üçün bu sənədin nə dərəcədə gərəkli olduğunu və ona nə dərəcədə ehtiyac duyulduğunu anlasınlar. Buna görə irəli getmək və gündəliyi şərh etmək fikrində deyiləm. Bir daha deyirəm: mümkün olduqda bunu bizdən böyük yoldaşlar edəcəklər. Mən onu qeyd edə bilərəm ki, sammitə hazırlıq çox intensiv şəkildə, o cümlədən həm Xarici İşlər Nazirliyi xətti ilə, həm ikitərəfli və əlbəttə, həm də çoxtərəfli formatlarda gedir.
-Ölkələrimizin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın səviyyəsini necə səciyyələndirmək olar. Xarici siyasətin informasiya təminatı məsələlərinə dair XİN-lərarası məsləhətləşmələr aparılmasının formatı nə il bağlıdır?
-Bizdə xarici siyasət idarələri arasında dialoq bütün istiqamətlər üzrə inkişaf edir, bu dialoq operativdir. Bu, elə protokol tədbiri deyil ki, onun çərçivəsində sadəcə formal müzakirə aparılsın, bu, bütün problemlərə dair canlı dialoqdur. Bizim nazirlər mütəmadi olaraq görüşür, müntəzəm telefon danışıqları aparırlar. Biz bu haqda informasiyanı müntəzəm dərc edirik. Həm ikitərəfli gündəliyə aid məsələlər, həm regional, həm də bütövlükdə beynəlxalq münasibətlər müzakirə və həll edilir. Buna görə də iki ölkənin XİN-ləri üzrə qarşılıqlı əlaqələr çox fəal inkişaf edir və bizim idarələrin mətbuat xidmətləri arasında artıq neçənci dəfədir ki, keçirilən məsləhətləşmələr buna daha bir sübutdur. Mənim fikrimcə, çox peşəkar, maraqlı və məzmunlu söhbət oldu, qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında maraqlı təkliflər irəli sürüldü. Buna görə işçi formatda normal canlı ünsiyyət hər hansı əlamətdar və ya protokol xarakterli hadisələrə dair sadəcə dialoq deyil. Bu gün bu, bir daha sübut olundu.
-Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü təşəbbüsü ilə çıxış etməyi planlaşdırırmı?
-Bu, Rusiya XİN-ə çox tez-tez verilən suallardan biridir və mən dəfələrlə demişəm ki, belə əlaqələrə, ilk növbədə, hər iki tərəf maraq göstərməlidir. Rusiya öz vasitəçi rolu ilə həmişə bu tərəflərin yanındadır və iştirakçıların fikrincə, həmin rolun öhdəsindən uğurla gəlir. Biz ölkələrin özləri üçün məqbul olan və əlbəttə, konstruktiv məcrada gedən və müsbət nəticə verən dialoqun, qarşılıqlı fəaliyyətin, ünsiyyətin istənilən formalarını alqışlayırıq. Düşünürəm ki, bu, həm Azərbaycanda, həm də Ermənistanda yaxşı məlumdur, bizim mövqeyimiz ənənəvidir, lakin görünür, bu kursu ardıcıl olaraq həyata keçirən Rusiyanın güclü tərəfi də bundadır.
-Mariya Vladimirovna, siz necə düşünürsünüz, iki ölkə arasında mədəni-humanitar münasibətlər necə inkişaf edir?
-Dünən (iyulun 26-da - red.) bunu yəqin etməyə imkan oldu ki, mədəni-humanitar əməkdaşlığın daha bir tərkib hissəsi praktikada necə həyata keçirilir. Xüsusən Bakıda start götürmüş “Jara” festivalını nəzərdə tuturam. Açığını deyim, bu festival barədə çox eşitmişdim, lakin onun miqyasını heç təsəvvür etmirdim. Dünən gördüklərim məni heyran etdi. Mənim iri beynəlxalq tədbirlər və musiqi festivalları barədə təsəvvürüm var, lakin Rusiyanın və qonşu ölkələrin estrada ulduzlarını dörd günlüyə Bakıda toplamağı, mənim fikrimcə, yalnız Emin bacarar, çünki səmimi deyirəm, bunun analoqlarını görməmişəm. Nəyə görə mən bu barədə danışıram. Axı, söhbət təkcə o insanları toplamaqdan getmir. Söhbət bu tədbiri elə təşkil etməkdən gedir ki, həm tamaşaçılar məmnun olsun, həm də artistlər hədsiz çox olmalarına və hamısının ulduz olmasına baxmayaraq, özlərini əsl ulduz kimi hiss etsinlər.
Daha bir mühüm məqam. Dünən fikir vermişəm ki, ifaçıların çoxu özlərini göstərmək üçün çox yaxşı imkana və məkana malikdirlər. Bu, böyük işdir. Ona görə ki, ulduzların özlərini təsdiq etməsinə ehtiyac yoxdur. Hamı onları sevir, hamı onlara pərəstiş edir. Gənclərin irəli çıxması kifayət qədər çətin məsələdir, çünki rəqabət çox yüksəkdir və Azərbaycan tərəfin bu cür festivallar təşkil etməsi onlara böyük imkanlar yaradır. Əlbəttə, insanlar arasında sərhədləri aşan bu ünsiyyət mənim üçün informasiya mütəxəssisi kimi də maraqlı idi, çünki paralel olaraq translyasiyalar gedirdi, paralel olaraq müsahibələr yazılır, çəkilişlər aparılırdı. Bunları sonradan televiziya ilə göstərəcək, radiostansiyalarda səsləndirəcəklər. Bu festivalda iştirak edən ölkələrdə jurnallar bu barədə yazacaq, buraya gəlmiş artistlər belə bir ümumi mədəni məkan yaradacaqlar. Bəli, bunlar müasir musiqi nümunəsində olacaq, lakin bu, çox vacibdir, ona görə ki, iştirakçılar əsasən gənclərdir. Lakin bu, məsələnin yalnız bir tərəfidir.
Bizim humanitar münasibətlərimiz müxtəlif sahələrdə inkişaf edir - təhsil, tələbə mübadiləsi. Yeri gəlmişkən, bu gün bu imkandan da istifadə etdim və azərbaycanlı həmkarlarımızı, Azərbaycandan olan jurnalistləri Rusiyaya dəvət etdim. Biz press-turlar təşkil etməyə hazırıq. Əlbəttə, mən çox yaxşı başa düşürəm ki, azərbaycanlıların Rusiyanı kəşf etməsinə ehtiyac yoxdur. Lakin press-turlar məhz ondan ötrü təşkil edilir ki, regionların administrasiyalarının nümayəndələri ilə, bu və ya digər məsələyə cavabdeh olan rəsmi şəxslərlə ünsiyyətdə olmaq imkanı yaransın. Buna görə biz azərbaycanlılara və ya Azərbaycan xalqına Rusiya haqqında danışmaq baxımından deyil, Azərbaycanın kütləvi informasiya vasitələrinə müəyyən maraqlı və aktual məsələləri işıqlandırmaq üçün press-turlar təşkil etməyə hazırıq və Azərbaycan KİV-lərini məmnuniyyətlə dəvət edirik. Bu da əməkdaşlığın bir tərəfi. Ümumiyyətlə, bu istiqamətdə çox iş görülür və əlbəttə, əla perspektivlər var.
-Avqust ayında Moskvada Rusiya-Azərbaycan-İran sammiti keçirilməlidir. Bu görüşün gündəliyində hansı məsələlər var?
-Bir daha demək istəyirəm, sammitlərin tarixini və digər təfərrüatını mən şərh edə bilmərəm. Bu sammit yeni formatlardan biridir. O, nisbətən yaxın vaxtda yaranıb, lakin daha bir dialoq imkanı kimi, müxtəlif mövzuların müzakirə edilməsi üçün məkan kimi özünü çox yaxşı cəhətdən göstərib. Buna görə də həmin format, əlbəttə, inkişaf edəcək. Əgər belə formatlar varsa və onlar inkişaf edirsə, sammitlər bu formatda mümkün olan görüşlərin ən ali nöqtəsi, ən yüksək formasıdır. Lakin bu xətt üzrə dialoq diplomatlar, bizim səfirliklər, Xarici İşlər nazirlikləri səviyyəsində inkişaf edir. Sammitin özünə gəldikdə isə bunu şərh etmək hələ tezdir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

