/ / Vüqar Rəhimzadə: Senzuranın ləğvi Azərbaycan mətbuatı tarixinin ən əlamətdar hadisələrindən biridir
Vüqar Rəhimzadə: Senzuranın ləğvi Azərbaycan mətbuatı tarixinin ən əlamətdar hadisələrindən biridir
07.08.2018 [09:11]
“Ulu öndər Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycanda mətbuat üzərində senzuranın aradan qaldırılması ölkəmizdə müstəqil mətbuatın inkişafına çox böyük təkan verdi. Senzuranın ləğvi Azərbaycan mətbuatı tarixinin ən əlamətdar hadisələrindən biridir”. Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, senzuranın mövcudluğu şəraitində mətbuatın müstəqilliyindən danışmaq qeyri-mümkün idi: “Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafına xüsusi önəm verən, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı Fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, hər biri özlüyündə gələcək inkişafa xidmət edən addım idi. Qəzetlərə birdəfəlik maliyyə yardımları verildi, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları donduruldu, KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi, həmçinin “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul olundu”.
Baş redaktor diqqətə çatdırıb ki, milli mətbuatımızın bugünkü nailiyyətləri birmənalı şəkildə Ulu öndər tərəfindən müəyyən olunmuş siyasətin uğurla davam etdirilməsi nəticəsində əldə olunub: “Əminliklə söyləmək olar ki, müstəqil mətbuatımızın inkişafı 1998-ci il 6 avqust tarixində imzalanan tarixi Fərmanla bağlıdır və bu, Azərbaycan mətbuatının tarixində olduqca önəmli bir hadisədir”.
“Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafına xüsusi diqqət və qayğı göstərir. Jurnalistlərin mənzil-məişət şəraitinin, sosial imkanlarının yaxşılaşdırılması ilə bağlı sərəncamlar və bu sahədə kifayət qədər digər qərarlar da var. Azərbaycan mətbuatına yüksək dövlət qayğısı mövcuddur”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

