Biz Türkiyəni qardaş dövlət hesab edirik və bunun qarşılığını gözləyirik
16.10.2009 [09:44]
“Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Azərbaycanın mövqeyi əvvəlcədən məlumdur və indi də öz mövqeyimizdə qalırıq. Biz bu protokolların imzalanmasının əleyhinə olmuşuq”. Bu sözləri Milli Məclis sədrinin müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollara münasibət bildirərkən deyib.
Z.Əsgərov xatırladıb ki, Türkiyənin dövlət və hökumət rəsmiləri həm Azərbaycanda səfərdə olanda, həm də öz ölkələrində bəyan ediblər ki, işğalçılıq siyasətinə son qoymayana qədər Ermənistanla sərhədlər açılmayacaq. Amma bu bəyanatı verə-verə protokolları imzaladılar. Parlamentin birinci vitse-spikeri protokolların imzalanmasında məntiq görmədiyini də vurğulayıb: “çünki Ermənistan və Qərbin rəsmiləri həmişə belə fikirlər söyləyirdilər ki, protokolların imzalanmasını Dağlıq Qarabağ problemi ilə eyniləşdirmək olmaz. Biz isə hər iki məsələnin paralel şəkildə müzakirə edilməsinin tərəfdarı olmuşuq. Sürixdə protokolların imzalanması prosesində Minsk qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirləri iştirak etdilər. Bir tərəfdən deyirlər ki, bunlar ayrı-ayrı proseslərdir, digər tərəfdən həmsədr ölkələrin xarici işlər nazirləri iştirak edir. Bu fakt onu göstərir ki, bu proses birbaşa Dağlıq Qarabağ məsələsi ilə əlaqəlidir”.
Z.Əsgərov bildirib ki, indiki şəraitdə sərhədlərin açılması Azərbaycanın mənafeyinə və maraqlarına ziddir. Onun fikrincə, işğal olunmuş torpaqlarımız azad edilməyincə sərhədlər açılsa, bu, Azərbaycana “arxadan zərbə”, Türkiyənin ölkəmizin “kürəyinə vurduğu xəncər” olacaq. “çünki bu hərəkət Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələrinin məntiqinə və ruhuna uyğun gəlmir. Dost və qardaş ölkələr arasında belə hallar yaşanmamalıdır. Biz Türkiyəni qardaş dövlət hesab edirik və bunun qarşılığını gözləyirik. İnanmaq istərdim ki, Türkiyə parlamentində həmin protokollar təsdiq olunmayacaq. Türkiyənin prezidenti, baş naziri, parlament sədri və xarici işlər naziri öz bəyanatlarına sadiq qalmalıdır. ümid edirəm ki, onların hərəkətləri Azərbaycan və türk xalqlarının qardaşlığına heç bir xələl gətirməyəcək”, - deyə Milli Məclis sədrinin birinci müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16

