/ / Forumun ikinci sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində bütün səviyyələrdə səmərəli iştiraka dair müzakirələr aparılıb
Forumun ikinci sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində bütün səviyyələrdə səmərəli iştiraka dair müzakirələr aparılıb
27.10.2018 [11:00]
VI Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu oktyabrın 26-da işini dörd sessiyada davam etdirib.
Forumun ikinci günündə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə”, “2030-cu ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq”, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək missiyasının rolu” və “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi” mövzularında keçirilmiş sessiyalarda səmərəli və maraqlı müzakirələr aparılıb.
AZƏRTAC Forumun ikinci iş gününün gedişini sessiyalar üzrə şərh edir.
Forumun “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə” mövzusuna həsr olunan ikinci sessiyasına moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzuların Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması baxımından əhəmiyyətini qeyd edib.
DİM-ə nail olunmasında gender bərabərliyinin önəmini vurğulayan H.Hüseynova bildirib ki, ölkəmizdə bu istiqamətdə çox güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bu da cəmiyyətdə, ictimai, siyasi və s. sahələrdə qadınların rolunun gücləndirilməsinə imkan verib. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini qeyd edən komitə sədri deyib ki, onun fəaliyyəti ölkəmizdə gender bərabərliyinin genişlənməsinə də şərait yaradıb. Ölkəmizdə aztəminatlı ailələrin, qadınların məşğulluqlarının təmin olunması istiqamətində görülən işlərdən danışan H.Hüseynova deyib ki, həyata keçirilən tədbirlər nəticəsində kənd yerlərində məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir.
Belarus parlamentinin sədr müavini xanım Marianna Şyotkina bildirib ki, hazırda Belarusda DİM strateji proqramlara əlavə edilir. O, DİM-ə nail olunması istiqamətində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində vahid məlumat bazasının yaradılmasının önəmini vurğulayıb, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova vurğulayıb ki, bu Forum Bakının dünyanı narahat edən problemlərin həllinə yüksək diqqət yetirməsinin göstəricisidir. DİM-ə nail olunmasında cəmiyyətin bütün təbəqələrinin iştirakının və yüksək səviyyədə əlaqələndirmənin önəmini vurğulayan Bahar Muradova Milli Məclisin ölkəmizdə bir çox problemlərin həlli istiqamətində mühüm qanunlar qəbul etdiyini deyib. O bildirib ki, parlamentin qəbul etdiyi qanunlar, Azərbaycanda büdcənin sosialyönümlü olması, ehtiyac meyarının ildən-ilə artırılmasının qanunvericilikdə təsbiti, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatlarının yaradılması, əhalinin maliyyə mənbələrinə əlçatanlığının təmin edilməsi, iştirakçılıq haqqında qanunun qəbulu, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər ölkəmizdə DİM-ə nail olunması baxımından çox əhəmiyyətlidir.
Bahar Muradova bildirib ki, DİM-in icrası prosesində parlamentlə yanaşı, bütün maraqlı qruplar fəal iştirak etməlidirlər. O, ölkəmizdə bir sıra qanunlara dəyişiklik və əlavələrin olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bildirib ki, təkcə azad iqtisadi zonanın yaradılması 80-ə yaxın qanuna əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutur.
Milli Məclisin deputatı Tahir Mirkişili müasir texnologiyaların inkişafı nəticəsində mərkəzində insan olan yeni idarəetmə fenomeninin yaradıldığını qeyd edib. Bildirib ki, Azərbaycan DİM-də əksini tapan hədəflərin bir çoxuna nail olub. Azərbaycanda son 15 ildə yoxsulluq on dəfədən çox azalıb. Ölkəmizdə ailə təsərrüfatının inkişafı, özünüməşğulluğun təminatı istiqamətində dövlətin yürütdüyü siyasət bu sahədə də mühüm uğurların qazanılmasına təminat yaradır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda gənclər böyük potensiala malikdir, onlara daim yüksək diqqət göstərilir. Buna görə də Azərbaycan dövlətinin gənclərlə bağlı qəbul etdiyi dövlət sənədlərində DİM ilə uzlaşan bir çox məsələlər əksini tapıb. Nazir müavini vurğulayıb ki, Azərbaycan gəncliyi DİM ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək üçün hər cür qabiliyyətə və istedada malikdir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova GTMŞ-yə üzv qurumların DİM-ə nail olunması prosesində fəallıq göstərdiklərini vurğulayıb. O deyib ki, 2016-cı ildən icra olunan “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası çərçivəsində ölkəmizin müxtəlif bölgələrində geniş layihə və tədbirlər reallaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35

