Muğam Azərbaycanın milli sərvətidir
07.11.2018 [09:04]
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir
Son illərdə respublikamızda gözəl ənənə formalaşıb. Belə ki, Prezident İlham Əliyevin regionlara mütəmadi hal alan səfərləri zamanı bir qayda olaraq, bölgələrdə çoxsaylı infrastruktur qurğuları ilə yanaşı, mədəni təyinatlı obyektlər də yerli sakinlərin istifadəsinə verilir. Milli memarlıq ənənələri nəzərə alınmaqla yüksək standartlar səviyyəsində inşa olunan belə obyektlər bütün ölkə üzrə mədəni mühitin canlanmasına, insanların milli mədəniyyətimizə bağlılığının daha da möhkəmlənməsinə, tarixdən gələn ənənələrin yaşadılmasına və daha da zənginləşdirilməsinə öz müsbət təsirini göstərir.
Xəbər verildiyi kimi, 2018-ci il 5 noyabr tarixində Azərbaycanın dövlət başçısının regionlara növbəti səfəri çərçivəsində daha bir mədəni təyinatlı obyekt - Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Milli mədəniyyətimizin mühüm tərkib hissəsi olan muğamın inkişafına və təbliğinə dövlət səviyyəsində böyük diqqət göstərilir
Məlum olduğu kimi ölkəmizdə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli mədəniyyətimizə dövlət səviyyəsində yüksək qayğı göstərilməsi siyasəti son 15 ildə də eyni ardıcıllıqla davam etdirilməkdədir. Belə ki, Prezident İlham Əliyev mütəmadi olaraq mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirir, onları narahat edən məsələlərlə maraqlanır. Eyni zamanda, son illərdə dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla ayrı-ayrı mədəniyyət ocaqlarında yüksək səviyyədə yenidənqurma işlərinin həyata keçirilməsinə və onların maddi-texniki bazasının möhkəmləndirilməsinə lazımi qədər maliyyə vəsaiti ayrılıb. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq muğam sənətinin qorunması və təbliği məqsədilə görülən tədbirlər isə respublikamızda milli mədəniyyətimizə yüksək səviyyədə dövlət qayğısı göstərildiyini bir daha təsdiqləyir.
Ümumiyyətlə, muğam Azərbaycanda çox sevilən sənət növüdür. Dərin və heyrətamiz fəlsəfə ilə zəngin olan, ana laylası kimi ruhumuza qida verən muğamlarımız hər bir azərbaycanlının düşüncəsində və qəlbində əbədi yer tutur. Muğam sənətinə yüksək dəyər verən xalqımız onu tarix boyu yaşadaraq, müxtəlif təhlükələrdən qoruyaraq nəsillərdən-nəsillərə çatdırıb və daim yeni çalarlarla zənginləşdirib. Bu gün qürur hissi ilə deyə bilərik ki, muğam Azərbaycan xalqının milli sərvəti olmaqla yanaşı son dərəcə zəngin bir mənəvi xəzinədir, bənzərsiz sənət növüdür. Prezident İlham Əliyev yeni istifadəyə verilən Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdəki çıxışında ilə vurğulayıb ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Muğamın Azərbaycanda dərin köklərə malik olduğunu nəzərə çatdıran dövlət başçısı “Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir”, - deyə bildirib.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanda xalqımızın mənəvi tellərlə sıx bağlı olduğu muğam sənətinin qorunması və yüksək səviyyədə təbliği məqsədilə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Məhz görülən tədbirlər sayəsində muğam sənətimiz layiq olduğu yüksək zirvəyə yüksəlib. Prezident İlham Əliyev respublikamızda muğam sənətinə göstərilən hərtərəfli qayğıdan bəhs edərək vurğulayıb: “Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi”.
Respublikamızda muğam sənətinin qorunması və yüksək səviyyədə təbliği məqsədilə görülən tədbirlər sırasında muğam mərkəzlərinin yaradılmasının önəmini xüsusi qeyd edə bilərik. 2008-ci il dekabrın 27-də Bakıda dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Bəhs olunan möhtəşəm Beynəlxalq Muğam Mərkəzinin inşası Prezident İlham Əliyevin imzaladığı 2005-ci il 6 aprel tarixli müvafiq Sərəncamı əsasında reallaşıb.
Eyni zamanda, regionlarda da bir neçə muğam mərkəzi yaradılıb. Bakıda istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi ilə yanaşı, 2008-ci ildə Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri də ölkəmizdə muğamın inkişafında mühüm rol oynayıb. Gözəl memarlıq nümunəsi olan Ağdam Muğam Mərkəzinin inşasına isə 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub.
Muğam sənətinin beynəlxalq miqyasda geniş təbliğ olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var
Respublikamızın görkəmli musiqiçiləri və incəsənət xadimləri çox haqlı olaraq vurğulayırlar ki, bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan mədəniyyəti Mehriban xanım Əliyevanın timsalında öz böyük himayədarını tapıb. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə qayğısından söhbət açarkən onun muğam sənətinə göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Muğam sənətinin layiq olduğu yüksək zirvəyə yüksəlməsində və beynəlxalq miqyasda geniş təbliğ olunmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”, - deyə bildirib.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi Respublika muğam müsabiqəsi və 2009-cu ildən keçirilən Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb.
Heydər Əliyev Fondu 2005-ci ildən “Azərbaycan muğamları” layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olub. Fond tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir.
Fondun “Azərbaycan muğamları” layihəsi çərçivəsində tədris vəsaiti kimi təqdim olunan “Azərbaycan muğamı” multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu 8 diskdən ibarətdir. Toplu Azərbaycan və ingilis dillərində hazırlanıb.
“Muğam aləmi” toplusu isə Azərbaycan, rus, ingilis dillərindəki kitab və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD-dən ibarətdir.
Ağdam Muğam Mərkəzinin yaradılması da Heydər Əliyev Fondunun muğam sənətinin qorunması, inkişaf etdirilməsi və təbliği məqsədilə gördüyü böyük işlərin tərkib hissəsidir. Ümumiyyətlə, Fondun bu istiqamətdə reallaşdırdığı layihələrin sayı kifayət qədər çoxdur. Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyətin nəticəsi olaraq muğamın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini tarixi hadisə kimi səciyyələndirib. Bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı deyib: “Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir”.
Muğam Azərbaycan dilinin saflığını qoruyan sənətdir
Muğama yalnız musiqi janrı kimi yanaşmaq düzgün olmazdı. Tarixin süzgəcindən keçən, gözəl musiqi ahənginə malik olan muğamlarda xalqımızın yaşam fəlsəfəsi əks olunub. Eyni zamanda, muğamlarımızda dilimizin zənginliyi ifadə olunur. Prezident İlham Əliyev diqqəti muğamların dilimizin saflığının qorunmasında da müstəsna rol oynadığına çəkərək bildirib: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev 2018-ci il 1 noyabr tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Məlumdur ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaradılıb. Prezident İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlar, təsdiqlənən Dövlət proqramları Azərbaycan dilinin elektron məkanda, həmçinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin edib.
Bununla belə, Prezident İlham Əliyevin Özünün də dediyi kimi, yuxarıda bəhs olunan Fərmanın imzalanmasına da ehtiyac yaranmışdı. Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir. Azərbaycan ədəbiyyatı bunu əyani şəkildə təsdiqləyir. Dilimiz o qədər zəngindir ki, istənilən fikri bu dildə çox gözəl şəkildə ifadə etmək mümkündür. Ancaq hazırda dünyada gedən qloballaşma və digər proseslər istər-istəməz dilimizə də təsirsiz ötüşmür, bəzən ehtiyac olmadığı halda dilimizdəki bu və ya digər sözlər başqa dillərə məxsus sözlərlə əvəzlənir. Buna isə heç bir lüzum yoxdur. Biz öz dilimizin saflığını qorumağa çalışmalıyıq. Yuxarıda bəhs olunan Fərman da məhz bu məqsədə xidmət edir. Fərmanda Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

