Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb
16.11.2018 [09:53]
Parlamentdə müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə noyabrın 23-dək vaxt verilib
Milli Məclisin dünən keçirilən iclasında 2019-cu il üçün büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.
Əvvəlcə Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələnilki xərclər smetası barədə məlumatı diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin və onun Aparatının 2019-cu il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəllərinə, inzibati binalarında, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələrə və proqnozlara əsasən tərtib edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,5 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Deputatlar məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, müəyyən məsələlərlə bağlı dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılmalıdır. S.Novruzov bildirib ki, parlamentdə dil məsələsi ilə bağlı şöbə yaradılmalıdır. Onun sözlərinə görə, bu şöbə parlamentə xarici dillərdə daxil olmuş sənədlərin, eləcə də Milli Məclis adından göndərilən rəsmi məktubların, sənədlərin tərcüməsi ilə məşğul olmalıdır: “Həmin sənədlərin tərcüməsi üçün rusdilli, ingilisdilli mütəxəssislər cəlb olunmalıdır”.
Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S.Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini xatırladıb: “Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini də bilməliyik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bu praktika mövcuddur”.
Komitə sədri çıxışı zamanı Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsaitin artırılmasını da təklif edib: “Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqları artırılmalıdır. Çünki onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqların, ayrı-ayrı parlament üzvlərinin sənədləri, yerləşdirilməsi məsələsi ilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsait artırılmalıdır”.
Müzakirələr zamanı millət vəkilləri Aytən Mustafazadə, Zahid Oruc, Qənirə Paşayeva və digərləri çıxış edərək təkliflərini veriblər.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2019-cu il üçün xərclər smetası barədə məlumat verib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Respublikası Hesablama Palatasının saxlanılması üçün 4 milyon 368 min 941 manat vəsait proqnozlaşdırılır. Bu vəsait 2018-ci ilin proqnoz göstəricisindən təqribən 6,5 faiz çoxdur. Artım əsasən bəzi yardımçı dövlət qulluqçularının inzibati təsnifat üzrə yerdəyişməsindən irəli gəlir və yanacağın qiyməti ilə bağlıdır. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 84,3 faizi əməyin ödənilməsini təşkil edir.
Parlamentdə müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə noyabrın 23-dək vaxt verilib.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair layihələri təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər üç məsələni ətraflı şərh edib.
Daha sonra millət vəkilləri məsələləri müzakirə ediblər. “Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların plenar iclaslar zamanı günün ikinci yarısında iştirak etməməsi ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərkən deyib.
Deputatların hədiyyə almaq məsələsinə gəlincə, millət vəkili söyləyib ki, bu təcrübə ABŞ-da və digər ölkələrdə də movcuddur.
Millət vəkili Əflatun Amaşov da çıxışında “Deputatların etik davranış qaydaları haqqında” qanuna edilən dəyişikliklərdən danışaraq bu praktikanın dünyada mövcud olduğunu bildirib. Onun sözlərinə görə, heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməlidir.
Qeyd edək ki, müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Daha sonra komitə sədri Əli Hüseynli “Notariat haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə də məlumat verib. Bildirilib ki, dəyişikliklər notariat hərəkətlərinin aparılması ilə bağlı milli və beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təklif edilir.
Qanun layihəsində notarius vəzifəsi tələblərinə hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajının olması əlavə olunur. Bundan başqa, xüsusi notariusun köməkçisinin təyin olunması və onun fəaliyyəti ilə bağlı yeni normalar təklif edilir.
Layihədə notariusun şəhadətnaməsinin məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi) tərəfindən deyil, yalnız Ədliyyə Nazirliyi tərəfindən ləğv edilməsi təklif edilir. Bu da məhkəmə prosesinin uzun zaman ala biləcəyini nəzərdə tutaraq, ləğv etməyə əsas olan halların vaxtında və operativ araşdırılaraq qərar verilməsi məqsədi güdür. Bu zaman maraqlı şəxslərin inzibati aktdan mövcud qanunvericiliyə əsasən şikayət vermək hüququ saxlanılır.
Xüsusi notariusun vəzifədən kənarlaşdırılması ilə bağlı yeni maddə təklif olunur. Layihədə öz əksini tapmış vəzifədən kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda xüsusi notarius vəzifələrinin icrasına buraxılır. Layihəyə əsasən notariuslar “Elektron notariat” informasiya sistemindən istifadə edirlər, hər bir notariusun elektron imzası olmalıdır. Bundan başqa, xüsusi notariusun müraciət edən şəxslər tərəfindən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində də notariat hərəkətləri apara bilməsi layihədə öz əksini tapıb.
Layihədə qanuna xüsusi notariusun intizam məsuliyyətinə cəlb edilməsi qaydası və tətbiq edilən intizam tənbehlərini tənzimləyən yeni normanın əlavə edilməsi təklif olunur. Notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyünə əsaslanan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən və qeyri-kommersiya hüquqi şəxs olan Notariat Palatasının yaradılması təklif olunur.
Qanunun mövcud redaksiyada öz əksini tapan daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlərin həmin əmlakın olduğu yer üzrə təsdiq olunması ilə bağlı tələbinin ləğv olunması təklif edilir.
Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

