Azərbaycanda sabitliyin möhkəmləndirilməsi dövlətin və hər bir vətəndaşın işi olmalıdır
15.02.2019 [09:21]
Prezident İlham Əliyev: Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır
Son 15 ildə dünyada müxtəlif, bir sıra hallarda isə arzuolunmaz proseslər getdiyinin şahidi olmuşuq. Kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən, televiziya süjetlərindən görürük ki, dünyada, bizim regionumuzda, MDB məkanında, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Təəssüf doğuran haldır ki, qlobal miqyasda risklər, sülhə, təhlükəsizliyə, inkişafa qarşı yönələn təhdidlər getdikcə daha geniş miqyas alır. Münaqişələr, qanlı toqquşmalar, müharibələr alovlanır, milyonlarla yeni köçkün dalğası yaranır. Bütövlükdə dünyanı təkqütblü görmək istəyən ayrı-ayrı güc mərkəzləri özlərindən uzaq regionlara belə əl uzadır, orada jandarm rolunu oynamağa çalışır, zəngin tarixə malik ölkələrin, xalqların milli maraqlarına açıq-aşkar sayğısızlıq nümayiş etdirirlər. Artıq Yaxın Şərq regionunda oxşar ssenarilərlə alovlandırılan müharibələri, doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan miqrantların, qaçqın-köçkünlərin problemlərini çözmək mümkünsüz görünür. Müharibələrlə, dağıntılarla, daxili çəkişmələrlə üz-üzə qalan ölkələrin iqtisadiyyatı çöküb, insanlar aclıq, səfalət içində yaşayırlar.
Bir sözlə, hazırda dünyanın müxtəlif bölgələrində humanitar fəlakət yaşanır. Dünyadakı belə kədərli vəziyyətin fonunda Azərbaycandakı mənzərə tamamilə fərqli rakursdan diqqəti cəlb edir. Prezident İlham Əliyev Real televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibəsində Azərbaycanın tutduğu mövqenin böyük rəğbət qazandığına diqqət çəkərək deyib: “Ölkələr arasında ziddiyyətlər kəskinləşir, müttəfiqlər arasında münasibətlər pozulur. Yəni, biz dünyanın müxtəlif yerlərində bunu görürük. Təhdidlər, risklər artır. Bütün bu mənfi mənzərə fonunda, əlbəttə ki, Azərbaycanın tutduğu mövqe daha da böyük maraq doğurur, özünə daha da böyük rəğbət qazandırır”.
Həyata keçirilən düzgün siyasət Azərbaycanı sabitlik və inkişaf məkanına çevirib
Son 15 ildə Prezident İlham Əliyev respublikamıza inamla rəhbərlik edib və ölkəmizin, xalqımızın milli maraqlarına uyğun siyasət həyata keçirib. Belə ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, dünya üçün çətin keçən dövrdə də Azərbaycan özünün daxili sabitliyini qoruyur, həm də inamlı inkişafını davam etdirir.
Müstəqil Azərbaycanın davamlı dinamik inkişafını şərtləndirən bir neçə fundamental amili sadalamaq mümkündür ki, burada iqtisadi güc faktorunun önəmini xüsusi vurğulamaq lazımdır. Təbii ki, zəngin karbohidrogen ehtiyatlarına malik respublikamızda neft və qaz milli iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu, son 15 ildə isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yeni neft strategiyasını səciyyələndirən əsas cəhət ondan ibarətdir ki, burada milli maraqlar qırmızı xətt kimi müəyyənləşdirilib. Zəngin neft-qaz resursları Azərbaycanın mənafeyinə, ölkənin iqtisadi qüdrətinin artmasına, yüksəksəviyyəli insan kapitalının formalaşmasına xidmət edir. Böyük uğurla reallaşdırılan yeni neft strategiyasında bu kimi məqsədlər çox mühüm çağırışlar kimi qarşıya qoyulub.
Əlbəttə, dünyada neft və qaz resursları ilə zəngin olan ölkələrin sayı çoxdur. Ancaq bu da reallıqdır ki, zəngin təbii ehtiyatlar heç də bütün hallarda ölkələrə firavanlıq gətirməyib. Azərbaycanın xoşbəxtliyi isə ondadır ki, ölkəyə gələn neft gəlirlərindən səmərəli istifadə olunub, həm sosial sferaya lazımi qədər vəsait ayrılıb, həm də neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunması davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Son 15 ildə respublikamızda güclü iqtisadiyyat qurulması üçün bütün şərtlər təmin edilib, ölkəyə gələn neft gəlirləri hesabına iqtisadiyyatın ayrı-ayrı sektorlarının maliyyə təminatı möhkəmləndirilib. Ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasət ilk növbədə iqtisadiyyatımızın şaxələndirilməsinə və neft-qazdan asılılığın azaldılmasına yönəldilib.
Respublikamızda qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönələn tədbirlərin miqyası kifayət qədər genişdir. Xüsusilə son vaxtlarda respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan islahatlar, o cümlədən də ixracın və investisiyaların təşviqi mexanizminin işə salınması, ayrı-ayrı sektorlar üzrə strateji yol xəritələrinin qəbul olunması, biznes mühitinin daha da optimallaşdırılması, struktur dəyişikliklərinin aparılması, idarəetmədə çevikliyin artırılması qeyri-neft sektorunda böyük canlanma yaradıb.
Milli iqtisadiyyatın, o cümlədən də qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü siyasət öz bəhrəsini verib. Hazırda Azərbaycan bütün dünya üzrə ən dinamik inkişaf edən və yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata sahibdir. Son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib ki, bu da dünya üzrə rekord göstəricidir. Əlamətdar haldır ki, son illərdə milli iqtisadiyyatımızda neftdənkənar sektorun xüsusi çəkisi getdikcə artır. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb.
Yuxarıda bəhs olunan müsahibəsində Prezident İlham Əliyev 2003-cü ildən etibarən reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikamızda güclü infrastruktur bazasının yaradıldığından məmnunluğunu ifadə edib. Bu gün Azərbaycan elektrik enerjisi ilə nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə ixrac imkanlarımız yaranıb. O dövrdə respublikanın bölgələrdə qaz təchizatı aşağı səviyyədə idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün ən ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz səviyyəsində idi. Bu gün bu göstərici ölkə üzrə 70, Bakı şəhərində isə 80 faizə çatıb. Son 15 ildə ölkə miqyasında 15 min kilometrdən çox yol çəkilib, hazırda kənd yollarının abadlaşdırılması proqramı uğurla icra edilir. Bəhs olunan dövrdə respublikamızda çoxlu sayda sosial təyinatlı infrastruktur obyektləri, o cümlədən yeni məktəblər, səhiyyə müəssisələri tikilib istifadəyə verilib.
Dünyada yaşanan çətinliklər fonunda Azərbaycanın güclü maliyyə təminatına malik ölkəyə çevrilməsinin önəmini də ayrıca qeyd etmək lazımdır. Son 15 ildə Azərbaycana daxili və xarici mənbələrdən 250 milyard dollardan çox sərmayələr yönəldilib. İnvestorlar ölkəmizdəki əlverişli sərmayə mühitindən, möhkəm daxili sabitlikdən bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə vəsait yönəldirlər. Eyni zamanda, respublikamız bəhs olunan dövrdə özünün strateji valyuta ehtiyatlarını 24 dəfə artırmağa nail olub. Hazırda ölkəmiz 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir.
Yuxarıda deyilənlər respublikamızın müsbət reallıqları barədə konkret təsəvvür yaradır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi daxili sabitlik ölkəmizin uzunmüddətli dövrdə ahəngdar inkişafı üçün əsas amil qismində çıxış edib. Ölkəmiz sabitlik və inkişaf məkanıdır. Prezident İlham Əliyev ölkəmizdəki möhkəm və uzunmüddətli sabitliyi şərtləndirən amillərə xüsusi diqqət çəkərək deyib: “Azərbaycan bu coğrafiyada sabitlik məkanıdır. Bunun bir çox səbəbləri var, ilk növbədə, hesab edirəm ki, bizim düzgün siyasətimiz, digər tərəfdən, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların bir ailə kimi yaşaması, dini-milli zəmində heç vaxt ayrı-seçkiliyin olmaması. Bu həm bizim siyasətimizdir, həm də ki xalqdan gələn bir niyyətdir, təşəbbüsdür, sifarişdir, eyni zamanda, aparılan işlərə xalq tərəfindən göstərilən dəstəkdir”.
Respublikadakı davamlı sabitliyin və güclü inkişafın təməlində sarsılmaz xalq-iqtidar birliyi dayanır
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə aparılan məqsədyönlü siyasət iqtidar-xalq vəhdəti prinsipinə əsasən müəyyənləşdirilir. Ölkədəki davamlı sabitliyin və güclü inkişafın təməlində məhz sarsılmaz xalq-iqtidar birliyi dayanır. Azərbaycan iqtidarı reallaşdırdığı siyasətdə, bir qayda olaraq, milli maraqları əsas götürür, daim xalqın mənafeyindən çıxış edir. Öz növbəsində, cəmiyyət də iqtidarın ölkənin daha da güclənməsinə, insanların rifah halının yaxşılaşmasına yönələn siyasətinə yüksək səviyyədə dəstək verir. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Son prezident seçkilərində mənə göstərilən böyük etimad dediyim sözlərin məntiqi sübutudur”, - deyə vurğulayıb.
Son 15 ilin təcrübəsi göstərir ki, Azərbaycan Prezidenti həmişə verdiyi sözə yüksək səviyyədə əməl edir, çətin vaxtlarda ölkə vətəndaşlarının yanında olur. Buna misal olaraq çoxlu sayda faktlar sadalamaq mümkündür. Məlum olduğu kimi, respublikamızda 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ-hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdı. Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etmişdi. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı ilk Fərman məhz şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub ki, bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb.
Qeyd etdiyimiz kimi, belə misalların sayı kifayət qədər çoxdur. Bu yaxınlarda dövlət başçısı iş cədvəlinin çox sıx olmasına baxmayaraq, zəlzələ baş verən Şamaxı rayonuna səfər etdi, burada təbii fəlakətdən ziyan çəkən insanlarla görüşərək onlara təsəlli verdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan müsahibəsində Şamaxıya səfəri çərçivəsində 92 yaşlı Saray nənə ilə görüşünün Onda böyük təəssürat oyatdığını səmimiyyətlə nəzərə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən siyasətin əsas qayəsinə diqqət çəkərək bildirib ki, dövlət bütün çətin anlarda vətəndaşın yanındadır: “Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tapşırığımla öz dəstəyini göstərirlər və göstərəcəklər”.
Ümumiyyətlə, Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin iradəsi ilə bilavasitə insanların mənafeyinə yönələn dərinməzmunlu sosial siyasət həyata keçirilib ki, bu da ölkəmizdəki möhkəm xalq-iqtidar birliyini şərtləndirən çox mühüm amildir. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Respublikada davamlı iqtisadi inkişaf, aparılan islahatlar dərinməzmunlu sosial siyasətlə tamamlanır. Ölkədə insanların həyat şəraitinin yaxşılaşması, gəlir imkanlarının artırılması məqsədilə ardıcıl şəkildə reallaşdırılan proqramlar, genişmiqyaslı tədbirlər bunu əyani şəkildə təsdiqləyir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə respublikamızda maaşlar 7, pensiyalar 9 dəfə artırılıb. Azərbaycanda reallaşdırılan sosial siyasət özünün son dərəcə geniş spektri ilə diqqəti cəlb edir. Ölkədə dövlət qayğısına ehtiyacı olan bütün insanlar dövlət dəstəyindən bəhrələnirlər. İnsanlar arasında ədalətli resurs bölgüsü təmin edilir ki, bu da aparılan dərinməzmunlu sosial siyasətin əlamətidir.
Öz növbəsində, dövlət başçısının apardığı praqmatik və sosial məzmunlu siyasət cəmiyyətdə Ona böyük inam formalaşdırıb. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri respublikamızda xalqın Azərbaycanı son 15 ildə inamla idarə edən və ölkəmizə böyük uğurlar qazandıran dövlət başçısı İlham Əliyevə etimadını bir daha bütün dünyaya nümayiş etdirdi. Beləliklə, xalq öz taleyini növbəti 7 ildə də sınanmış liderinə - Prezident İlham Əliyevə etibar edib.
Ölkədəki daxili sabitliyin qorunmasına hər bir Azərbaycan vətəndaşı öz töhfəsini verməlidir
Məlum olduğu kimi, Prezident İlham Əliyev yerlərdə keçirdiyi görüşlərdə həmişə ölkə vətəndaşlarına müraciət edərək onları fəal olmağa, Azərbaycanın inkişafı naminə reallaşdırılan siyasətə dəstək verməyə çağırıb. Dövlət başçısının mövqeyi belədir ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir. O cümlədən respublikamızda daxili sabitliyin təmin olunmasına hər kəs öz töhfəsini verməlidir. Prezident İlham Əliyev bununla bağlı mesajlarını nəzərə çatdırıb: “Sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın”.
Qeyd etmək yerinə düşər ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda dövlətçiliyimizə, vətəndaş həmrəyliyinə qarşı yönələn bütün daxili risklər tam şəkildə aradan qaldırılıb. Radikal müxalifətin ölkədə bərqərar olan daxili sabitliyi pozmaq cəhdləri, bir qayda olaraq, fiaskoya uğrayır. Bunu insanların radikal düşərgədə “lövbər” salan qüvvələrin çağırışlarına və vədlərinə heç bir məhəl qoymamaları, əksinə, iqtidarla yüksək həmrəylik nümayiş etdirmələri bir daha təsdiqləyir. Radikalların ölkədəki daxili sabitliyin pozulmasına yönələn təhrikedici çağırışlarına təpkilər ilk növbədə Azərbaycan cəmiyyətindən gəlir. Ölkə vətəndaşları açıq şəkildə bildirirlər ki, onlar xaosun, daxili çəkişmələrin nə demək olduğunu ötən əsrin 90-cı illərinin əvvəllərində öz həyatlarında yaşayıblar və ölkəmizdə belə vəziyyətin bir daha təkrarlanmasına yol verməyəcəklər.
Eyni zamanda, Azərbaycan cəmiyyəti xaricdəki bəzi qüvvələrin ölkəmizə qarşı yönələn fəaliyyətlərinin dəf edilməsində də iqtidarla yüksək həmrəylik nümayiş etdirir. Məlumdur ki, respublikamızın sosial-iqtisadi sahədə qazandığı uğurlar, beynəlxalq aləmdə öz mövqeyini möhkəmlətməsi imperialist güc mərkəzlərini, o cümlədən də ermənipərəst dairələri ciddi narahat edir. Onlar hər vəchlə çalışırlar ki, ölkəmizin inkişafının qarşısına kötük itələsinlər. Biz son dövrlərdə bəhs olunan dairələrin ölkəmizə qarşı manipulyasiya cəhdlərinin artmasının şahidi oluruq. “Beynəlxalq” sözü altında pərdələnən bəzi qeyri-hökumət təşkilatları Azərbaycana qarşı iddialar sərgiləyən imperialist güc mərkəzlərinin, ermənipərəst dairələrin ruporuna çevriliblər. Təəssüf doğuran haldır ki, bir sıra “sapı özümüzdən olan baltalar” da respublikamızdakı möhkəm daxili sabitliyin pozulmasına yönələn ssenarilərdə yer alırlar. Respublikamızdakı radikal müxalifət düşərgəsində cəmləşən qüvvələrin xaricdəki anti-Azərbaycan dairələrlə sinxron, əlaqələndirilmiş fəaliyyəti bununla bağlı qənaətlərimizi daha da möhkəmləndirir. Ancaq bu kimi cəhdlər əbəsdir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycan cəmiyyəti kifayət qədər yetkin cəmiyyətdir. İnsanlar ağı qaradan seçməyi, hər kəsə layiq olduğu qiyməti verməyi yaxşı bacarırlar. Azərbaycan cəmiyyətinin ovqatına, ab-havasına istinadən qətiyyətlə demək mümkündür ki, respublikamızda daxili sabitliyin pozulmasına yönələn cəhdlər heç bir halda reallaşmayacaq və ölkəmiz əmin-amanlıq şəraitində özünün inamlı inkişafını bundan sonra da davam etdirəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

