Regionlarda fəaliyyət göstərən mətbuatın inkişafı da diqqət mərkəzindədir
11.11.2009 [10:24]
Dünən Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Lənkəran şəhərində “Kütləvi İnformasiya Vasitələrinin İnkişafında Dövlət Dəstəyi Fondunun rolu” mövzusunda konfrans keçirib. www.kivdf.gov.az saytının məlumatına görə, konfransda Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Fondun Müşahidə Şurasının üzvü Əflatun Amaşov, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev, Fondun Müşahidə Şurasının sədr müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Olaylar” İnformasiya Agentliyinin direktoru Yunus Oğuz , “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarında fəaliyyət göstərən yerli mətbuat orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransın keçirilməsində məqsəd regional mətbuatın problemləri ilə yaxından tanış olmaq və Fondun Nizamnaməsinə uyğun olaraq onların inkişafının dəstəklənməsi və gələcəkdə əməli köməklik göstərilməsi olub.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkə Prezidentinin mətbuatın inkişafına göstərdiyi diqqətdən danışıb. Sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərli tədbirdə çıxış edib. O, Fondun fəaliyyətə başladığı qısa müddət ərzində gördüyü işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Bildirib ki, regionlarda fəaliyyət göstərən mətbuatın inkişafı da Fondun diqqətindədir: “Fond Nizamnaməsinə uyğun olaraq region mətbuatının inkişafı üçün maliyyə yardımları göstərəcək”. V.Səfərli gələcəkdə zonalar üzrə mətbəələrin yaradılmasının da nəzərdə tutulduğunu qeyd edib.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin sözlərinə görə, analoji tədbirin respublikanın digər bölgələrində də keçirilməsi planlaşdırılıb.
Tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında son illərdə Azərbaycan mətbuatın keçdiyi yola qısa nəzər salıb. O, bildirib ki, son illərdə mətbuatın inkişafı üçün çox böyük işlər görülüb: “Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq edilib. Konsepsiyada nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə bu il aprel ayının 3-də ölkə Prezidenti “Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu”nun təsis edilməsi haqqında Fərman imzalayıb”.
Ə.Amaşov Fondun yaradılmasında əsas məqsədin fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, habelə KİV-in fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların və layihələrin maliyyələşdirilməsi olduğunu nəzərə çatdırıb.
Tədbirdə Fondun Müşahidə Şurasının sədri U.Mirzəyev çıxış edərək Fondun həyata keçirdiyi layihələrdən söhbət açıb.
V.Rəhimzadə, H.Babaoğlu, Y.Oğuz, A.Quliyev və yerli mətbuat orqanlarının rəhbərləri tədbirdə çıxış edərək mətbuatın problem və qayğılarından danışıb, bu sahəyə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
RAMİL
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24

