/ / Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
16.02.2019 [10:25]
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı AZƏRTAC-a açıqlama verib.
Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Prezidentin köməkçisi deyib: “Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır”.
Azərbaycan ilə Rusiya arasında gündən-günə inkişaf edən əməkdaşlıq əlaqələrinin həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində önəmli rol oynadığını vurğulayan Əli Həsənov deyib: “Rusiya çoxmillətli dövlətdir, burada yaşayan xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub inkişaf etdirirlər. Rusiyada yaşayan azərbaycanlılar da digər xalqlar kimi həmişə öz milli mədəni hüquqlarından tam istifadə edə bilirlər. Biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə dəvət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

