/ / Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19.02.2019 [09:50]
İşğalçı Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil. Buna diplomatiyada status-kvonun legitimləşdirilməsi də deyirlər. Məsələnin daha bir mənfi cəhəti də var. Bu da ondan ibarətdir ki, hazırda dünya siyasətini müəyyənləşdirən güc mərkəzləri beynəlxalq münasibətlərdə və münaqişələrin həllində imperativ olan paradiqmanı son illərdə dəyişdiklərini bəyan ediblər. Əgər əvvəlki paradiqma ədalət, sonra sülh prinsipinə əsaslanırdısa, yeni paradiqma sülh, sonra ədalət prinsipinə əsaslanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, adi məntiq bunu diktə edir ki, ədalət olmadan sülh mümkün deyil. Deməli, qlobal imperialist mərkəzlər öz siyasi coğrafiyalarından kənarda sülh istəmirlər, tam əksinə, lokal müharibə ocaqları yaratmaqla öz istismarçı siyasi strategiyalarını həyata keçirirlər. Buna bəzən idarə olunan xaos siyasəti də deyirlər. İstər müsəlman Şərqində, istərsə də Ukraynada və digər postsovet məkanında münaqişələrin bu qədər ardıcıl və uzunmüddətli olmasını həm də bu prizmadan qiymətləndirmək mümkündür.
Hikmət Babaoğlunun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli də bu kontekstə nəzərdən keçirilə bilən problemlərdən hesab edilə bilər. İşğalçı Ermənistan da beynəlxalq münasibətlər sistemində nəyin necə və hansı istiqamətdə inkişaf etdiyini izləyir və bunu bizə qarşı istifadə etməyə çalışır. Ancaq şübhəsiz, Ermənistanda elə ciddi beyin mərkəzləri yoxdur ki, bütün bunları təhlil edib düzgün nəticə çıxara bilsinlər. Düşmən ölkəyə belə məsələlərdə mövqelərini dəqiqləşdirməkdən ötrü həm Şimal, həm də Qərb mərkəzli güclərdən hazır diplomatik reseptlər verilir və onlar da buna uyğun hərəkət edirlər. Yəni, dolayı yolla, problemi həll etmək üçün BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış qurum problemi həll etməklə deyil, əslində onun həllinin mümkün qədər uzadılması ilə məşğul olur.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın qətiyyətli və tələbkar mövqeyindən sonra müəyyən ümidlər yarananda bir qədər yumşaq və problemin həlli yolu istiqamətində çox xəsisliklə də olsa, verilən pozitiv bəyanatların şahidi oluruq. Bir qədər sonra isə tutaq ki, Şimaldan belə bir rəsmi bəyanat verilir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində bizim mövqeyimiz dəyişməyib, əvvəlki kimi problemin sülh yolu ilə həll edilməsini arzulayırıq. Bu diplomatik bəyanatın daxili məzmunu odur ki, biz mövqeyimizi dəyişməmişik və problemin həll edilməsinə icazə verə bilmərik. Çünki bu problem əslində bizim üçün həm Ermənistanı, həm də Azərbaycanı nəzarətdə saxlamaq baxımından elə bir universal hərbi-siyasi alətdir ki, ondan əsla vaz keçə bilmərik. Bu isə işğalçı ölkənin maraqlarına cavab verir və işğal etdiyi Azərbaycan torpaqlarını bu günə qədər nəzarətdə saxlamasına imkan yaradır. Ancaq son bir ilə yaxın müddətdə vəziyyət bir qədər dəyişib. İşğalçı ölkə bu yolla yaşamağın uzunmüddətli perspektivdə mümkün olmadığını başa düşür və üstəlik, Azərbaycanın Aprel və Naxçıvan döyüşləri vasitəsilə verdiyi dərsi unuda bilmir. Ona görə də hazırda müxtəlif ziddiyyətli bəyanatlar verməklə ənənəvi Şimal və yeni Qərb təzyiqlərinin arasında bir tarazlıq tapmağa çalışır və açığı, əslində bu, o qədər də çətin deyil. Çünki iki mərkəzin heç biri əslində problemi həll etmək üçün Ermənistana təzyiq etmir.
Hikmət Babaoğlu əlavə edib ki, Ermənistana təzyiqlər, sadəcə, onun hansı mərkəzin nüfuz dairəsinə keçməsi məsələsindədir. Ona görə də işğalçı ölkə xristian təəssübkeşliyinə də arxalanaraq belə sərbəst davranır. Əlbəttə, Azərbaycan bütün bunları görür və buna qarşı strateji diplomatiya və hərbi-siyasi güc müəyyənləşdirir. Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində bir daha vurğuladı ki, biz iqtisadi və hərbi-siyasi gücümüzü artırmaqla müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş Azərbaycan qururuq. Düşünürəm ki, bu strateji fikrin əsas məntiqindən biri də elə problemin həll edilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti son müsahibəsində bir daha Aprel və Naxçıvan döyüşlərini xatırlatdı. Bu, əslində Ermənistana bir xəbərdarlıq kimi başa düşülə bilər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

